Bütün xəbərlər
18 aprel, 17:05

Azərbaycan Texniki Universitetində (AzTU) Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, AzTU-nun Humanitar fənlər kafedrasının və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə keçirilən “Kim məni xatırlasa” adlı tədbirdə fəxri qonaqlar kimi şairin ailə üzvləri və yaxınları Arzu Babayev, Pərixanım Əliyeva, Gülümsər Abbasova, Səriyyə Bağırova, Natavan Əliyeva, eləcə də Mədəniyyət Nazirliyinin nümayəndəsi Sənan Talıbov, Xalq aristi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Səhnə danışığı” kafedrasının müdiri, professor Məmmədsəfa Qasımov, Azərbaycan Milli Konservatoriyasının sənətşünaslıq üzrə elmlər doktoru, professor Abbasqulu Nəcəfzadə, kafedra müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy, şair Əhməd Cavadın nəvəsi Almas Bağırova, şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin qızı Leyla Axundzadə iştirak ediblər.

AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov şairin yaradıcılığına nəzər salıb, onun təkcə şair kimi deyil, həm də ictimai xadim kimi fəaliyyətindən bəhs edib.

AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Nəbi Xəzri yaradıcılığının Azərbaycan ədəbiyyatına dəyərli töhfə olduğunu bildirib. O, şairin yaradıcılığında Xəzər dənizi və çinar ağacının onun yaradıcılığında xüsusi obrazlar olduğunu, onun təbiətə, gözəlliyə bağlılığını ifadə edib.

Nəbi Xəzrinin ailəsi adından çıxış edən şairin oğlu Arzu Babayev atasının 100 illik yubiley tədbirinin keçirilməsi, onun yaradıcılığının yüksək səviyyədə dəyərləndirilməsinə görə AzTU rəhbərliyinə təşəkkür edib və atasının yazdığı “Mənim ürəyimdir” şeirini səsləndirib.

Tədbir zamanı şairin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

Daha sonra AzTU məzunu, "TRT Müzik" kanalında yayımlanan "Ben şarkı söylersem" musiqi yarışmasının qalibi Fərhad Rəhimlinin ifasında “Tək ümid qalsın”, Gənclərin Respublika Bədii Yaradıcılıq evi “Muğam” Dərnəyinin rəhbəri Ceyhun Qənbərovun ifasında “Kim sevməsə öz yurdunu” mahnıları ilə Nəbi Xəzri yaradıcılığı yad edilib. Tədbirdə həmçinin AzTU və ADMİU-nun tələbələri şairin sözlərinə yazılmış “Güllərim”, “Külək”, “Heç küsməyin yeridirmi, yar?”, “Nar ağacı nar çiçəyi”, “Azərbaycan” kimi sevilən mahnıları ifa ediblər.

Daha sonra ADMİU tələbələri Nəbi Xəzrinin 100 illik yubiley tədbiri üçün “Dəniz, göy, məhəbbət” adlı musiqili ədəbi-bədii kompozisiya təqdim ediblər. Sözügedən kompozisiyanın ərsəyə gəlməsində əməyinə görə ADMİU-nun professoru, Xalq artisti Məmmədsəfa Qasımova təşəkkürnamə təqdim olunub.

1 /12

Şərhlər

Xəbər lenti

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

15 iyul, 11:46

Buraxılış imtahanlarının bir gündə keçirilməsi mümkündürmü? – RƏSMİ AÇIQLAMA

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.