Bütün xəbərlər
26 oktyabr, 14:55

Oktyabrın 26-da Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest”in açılışı olub.

"Azərbaycan müəllimi" xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Festivalın açılış tədbirində çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanda “GreenFest”in COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirildiyini qeyd edib. COP29-un  Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxımdan əhəmiyyətinə toxunan Samir Seyidəhmədli bildirib ki, eyni zamanda bu tədbir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə verdiyi dəstəyi bir daha göstərir və ölkəmizin ekoloji problemlərin həllinə sadiqliyini nümayiş etdirir. Bu mənada, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə, bütövlükdə, iqlim dəyişikliyi sahəsində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi yüksək dəyərləndirilməlidir.

“GreenFest”in də vacib dövrdə keçirildiyini və özlüyündə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Samir Seyidəhmədli əminliklə ifadə edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 ölkəmizdə uğurla keçiriləcək, Azərbaycan bir daha dünyanı narahat edən məsələlərə münasibətdə öz sözünü və ədalətli mövqeyini ortaya qoyacaqdır.

Muxtar respublikada COP29 və “Yaşıl dünya naminə həmrəlik ilinə hazırlıq”la bağlı yaradılmış İşçi qrupunun rəhbəri, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov Naxçıvanda bu istiqamətdə görülən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, 2024-cü il fevralın 23-də Naxçıvanda bununla bağlı müşavirə keçirilib, işçi qrupu yaradılıb və bu istiqamətdə muxtar respublikada görüləcək tədbirlər müəyyənləşdirilib. 

Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda ətraf mühitin mühafizəsinin gücləndirilməsi əsas fəaliyyət istiqaməti kimi müəyyən edilib. Sözügedən Tədbirlər Planında maarifləndirmə, yaşıllaşdırma və bioloji müxtəliflik sahəsində, ətraf mühitin sağlamlaşdırılması, tullantıların idarə edilməsi sahəsində tədbirlərin keçiriləcəyi nəzərdə tutulub. Artıq həmin tədbirlərin böyük hissəsi başa çatmaq üzrədir. “GreenFest” də bu işlərin davamı kimi mühüm əhəmiyyət daşıyır.

“GreenFest” çərçivəsində keçirilən ekoloji startap layihələrinin qalibləri mükafatlandırılıb, sərgi ilə tanışlıq olub. 

1 /11

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.