Bütün xəbərlər
2 may, 10:25

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, bununla bağlı keçirilən iclasda Baş nazirin birinci müavini Elşad Əliyev bildirib ki, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2025-ci il 17 fevral tarixli Fərmanı imzalanıb. Həmin fərmana əsasən, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin 2025-ci il 5 mart tarixli “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibi haqqında” Qərarı qəbul edilib. Komissiya 11 nəfər tərkibdə təsdiqlənib. 

Elşad Əliyev diqqətə çatdırıb ki, komissiyanın iclasının gündəliyində duran əsas məsələ 2024-cü il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair muxtar respublika üzrə illik hesabat barədə məlumatın dinlənilməsi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın 2025-ci il üçün “İş Planı”nın, komissiya tərəfindən keçiriləcək monitorinqlərin təşkili üçün ekspert qrupunun tərkibinin və 2025-ci ildə monitorinq keçiriləcək uşaq müəssisələrinin siyahısının təsdiq edilməsidir.  

İclasda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova 2024-cü il ərzində uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair Muxtar Respublika üzrə illik hesabat barədə çıxış edərək bildirib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası daim nəzarətdə saxlanılıb. 

Belə ki, onların cəmiyyətə inteqrasiyası, o cümlədən həmin uşaqların inklüziv təhsil imkanlarından geniş istifadə olunması, distant  təhsil  proqramlarının təkmilləşdirilməsi, sosial reabiltasiyalarının təmin olunması məqsədilə işlər görülüb, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilib.

1 /3

Şərhlər

Xəbər lenti

2 may, 20:20

Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit

2 may, 19:25

“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”

2 may, 17:50

Elmi inteqrasiyanın yeni mərhələsi: Batabat Astrofizika Rəsədxanasının üstünlükləri və imkanları

2 may, 17:48

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

2 may, 17:31

6 apreldə keçirilmiş imtahanlarda 8 nəfərin nəticələri ləğv edilib

2 may, 17:20

Naxçıvana ilk medalı gətirən şagird – Süni intellektli robot da hazırlayıb

2 may, 17:16

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri açıqlandı

2 may, 17:03

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

2 may, 16:59

“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir

2 may, 16:47

Tələbə qəbulu qaydalarında bəzi dəyişikliklər edilib

2 may, 16:43

“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir

2 may, 16:30

Qazaxıstanın "500 alim" layihəsi – Beynəlxalq təcrübə

2 may, 16:30

Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar

2 may, 16:27

Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

2 may, 16:24

Ötən ay xaricdə təhsil alan 351 nəfərin diplomu tanınıb

2 may, 16:07

Tələbələr üçün 1500-dən çox iş və təcrübə imkanı – Kimlər yararlandılar?

2 may, 15:37

Aqrar sığorta eksperti olmaq üçün tələb olunan ixtisaslarda dəyişiklik edilib

2 may, 15:29

ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib

2 may, 15:23

Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq

2 may, 15:05

Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.