Bütün xəbərlər
19 mart, 11:15

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən cari ildə sertifikatlaşdırmaya cəlb olunacaq təhsilverənlər üçün proses ilə bağlı məlumatlandırıcı və dəstək xarakterli görüş keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini Rəşad Xudiyev iştirakçıların diqqətinə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndinə uyğun olaraq ötən ildən Naxçıvanda  təhsilverənlərin sertifikatlaşdırma prosesi ölkə üzrə mərkəzləşmiş qaydada aparılır. Bildirilib ki, prosesin həyata keçirilməsi üçün  ötən il Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində İmtahan Mərkəzi yaradılıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə yaradılan mərkəzdə 300-dən artıq namizəd eyni anda imtahanda iştirak edə bilir. Mərkəzdə müasir tələblərə cavab verən elektron daşıyıcılar, səs və görüntüləri qeyd edən veb-kameralar quraşdırılıb. 

Qeyd olunub ki, ötən il sertifikatlaşdırma prosesində müəllimlərimiz uğurlu nəticələr əldə ediblər. Belə ki, ötən il sertifikatlaşdırma prosesində iştirak edən 366 müəllimdən 153-ü 51-60, 180- ı isə 30-50 intervalında bal toplamışdır. Qeyd olunmuşdur ki, sertifikasiyada iştirak edənlərdən 33-ü (9%) prosesdə uğur qazana bilməyib.

Bildirilib ki, cari ildə keçiriləcək sertifikatlaşdırmada ümumilikdə 349 müəllimin iştirakı nəzərdə tutulur. Rəşad Xudiyev prosesdə iştirak edəcək müəllimlərə uğurlar arzulayaraq bildirib ki, təhsilverənlərə dəstək məqsədilə məlumatlandırıcı və dəstək xarakterli görüşlər bundan sonra da davam etdiriləcək.

Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifələrinin icraçısı Şikar Hüseynov iştirakçılara slaydlar vasitəsilə sertifikatlaşdırma prosesinin mahiyyəti, mərhələləri və məzmunu barədə ətraflı məlumatlar verib, müəllimləri maraqlandıran müxtəlif suallar ətraflı cavablandırıb.

1 /7

Şərhlər

Xəbər lenti

1 may, 21:03

Naxçıvan məktəblisi ilk dəfə informatika üzrə RFO-nun qalibi oldu

1 may, 20:00

Valideyn davranışlarına məktəb qiymətləndirmə vərəqlərindən alınan məlumatların təsiri

1 may, 19:05

Norveçdə 15 yaşlı yeniyetmələrin karyera inkişafı

1 may, 18:12

RFO-nun fizika fənni üzrə ilkin nəticələri elan edilib

1 may, 17:45

BANM-də III Biznes-forum keçirilib

1 may, 17:34

“Avtomobil mühərriklərinin yığıcısı” peşə ixtisası üzrə imtahan keçirilib

1 may, 17:33

BMU ilə UNEC birgə elmi seminar keçirib

1 may, 17:25

PISA 2025 qiymətləndirməsinə yeni sahə əlavə olunub

1 may, 17:12

Qarabağ Universitetinin 3 tələbəsi böyük uğura imza atdı

1 may, 16:50

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib

1 may, 16:21

BSU-nun rektoru Sofiya Universitetində çıxış edib

1 may, 16:18

Metodistlərin fəaliyyətinin monitorinqinə başlanılıb

1 may, 16:05

“Necə mükafat qazanan tədqiqatçı olmaq olar?” – Mövqe

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.