Bütün xəbərlər
11 sentyabr, 10:14

Sentyabrın 10-da Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib. 

"Azərbaycan müəllimi" xəbər verir ki, konfransda Təhsil Nazirliyinin, rayon, şəhər təhsil şöbələrinin, ümumtəhsil, məktəbəqədər, peşə, məktəbdənkənar müəssisələrin əməkdaşları və qabaqcıl təhsil işçiləri iştirak ediblər.

Konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov konfransda açılış nitqi ilə çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib. Nazir 2024-2025-ci tədris ilində əldə olunan uğurlardan, aparılan islahatlardan bəhs edib. 

Konfransda Təhsil Nazirliyi Aparatının Məktəbəqədər və ümumi təhsilin idarə edilməsi şöbəsinin, Analtik təhlil və statistika, Peşə təhsili, Uşaq və Gənclərin inkişafı sektorlarının müdirlərinin “2024-2025-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələrlə bağlı” çıxışları dinlənilib. Çıxışlarda  şagirdlərin bilik və bacarıqlarının artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, olimpiada və müsabiqələrdə buraxılış və qəbul imtahanlarında şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar verilib, ötən tədris ilinin nəticələri təhlil olunub. 

Konfransda müzakirələr  aparılıb, yeni tədris ilində hədəflər müəyyənləşdirilib, təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb. 
Təhsil naziri mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, yeni tədris ilinin hədəflərini səsləndirib və tədrisin səviyyəsinin yüksəldilməsi istiqamətində konkret tapşırıqlar verib.

Elxan Nəcəfov təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb.   

Konfransın qərar layihəsi iştirakçıların diqqətinə çatdırılıb. Rayon, şəhər Təhsil şöbələrinin müdirlərinə yerlərdə bölmə iclaslarının keçirilməsi ilə bağlı tapşırıqlar verilib.

1 /9

Şərhlər

Xəbər lenti

15 sentyabr, 17:32

Ağcabədi və Ağdam rayonlarında yeni məktəb binaları istifadəyə verilib

15 sentyabr, 17:21

Cənubda 2 yeni məktəb binası istifadəyə verilib

15 sentyabr, 17:20

Bir valideynin “Bilik günü”

15 sentyabr, 16:56

NDU-da yeniliklər: ingilisdilli bağça, imtahan mərkəzi, tibb kampusu açılacaq

15 sentyabr, 16:50

“Danışır təcrübə” layihəsinin budəfəki qonağı professor Rafiq Əliyev olub

15 sentyabr, 16:24

Nazir: Muxtar respublikada bütün məktəblər yeni tədris ilinə hazırdır

15 sentyabr, 16:06

Prezident: Xankəndi tələbələr şəhəri olacaq

15 sentyabr, 16:03

İş yerini qarşılıqlı dəyişdirmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

15 sentyabr, 16:00

Elm və təhsil naziri Xıdırlı kənd tam orta məktəbində olub

15 sentyabr, 15:57

İlham Əliyev Xocalıda bir neçə kəndin sakinləri ilə görüşüb

15 sentyabr, 15:56

Şirvan və Biləsuvarda məktəb açılışları olub

15 sentyabr, 15:54

Göyçay rayonu Qarabaqqal kənd məktəbinin açılışı olub

15 sentyabr, 15:50

BSU-nun təqaüd qalibləri beynəlxalq mübadilə imkanı qazanıblar

15 sentyabr, 15:28

Mingəçevir Dövlət Universitetində “Bilik günü” tədbiri keçirilib  

15 sentyabr, 15:10

Nazir müavini Saray qəsəbəsi 1 nömrəli tam orta məktəbdə “Bilik günü”ndə iştirak edib

15 sentyabr, 14:48

Rektor: MDU-da 20 tələbəyə birdəfəlik təqaüd ayrılıb

15 sentyabr, 14:40

“NEQSOL Holding” məktəb tikdi, görməyə valideynlər də gəldi – REPORTAJ

15 sentyabr, 13:47

Yenilənən Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə “Bilik günü” qeyd olunub – FOTOLAR

15 sentyabr, 13:15

Somali vətəndaşları ilk dəfə HTP çərçivəsində Azərbaycanda təhsil alacaqlar

15 sentyabr, 13:08

ARTİ “Dərsdinləmə vərəqi”nin nümunəsini təqdim edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.