
Naxçıvanda təhsil müəssisələrində payız-qış mövsümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, 2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Nazirliyinin tabeliyində fəaliyyət göstərən 211 ümumtəhsil, 35 məktəbdənkənar, 20 məktəbəqədər, 3 peşə təhsili olmaqla ümumilikdə 269 təhsil müəssisəsində tədris prosesi həyata keçiriləcək və bu müəssisələr hamısı istilik sistemi ilə işləyəcəkdir.
Məlumat üçün bildirək ki, payız-qış mövsümünə hazılıqla bağlı hazırda qazanxanalara və istilik xətlərinə baxış keçirilir, mövcud vəziyyəti araşdırılır. Yaxın günlərdə nasazlıqlar olan təhsil müəssisələrinin istilik sistemlərində təmir işlərinə başlanılacaq.
Aygün HÜSEYN,
Naxçıvan bürosu
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər