Bütün xəbərlər
18 iyun, 13:06

"Muxtar Respublikada 2025-ci il üzrə müəllimlər üçün sertifikatlaşdırma prosesinin növbəti mərhələsinə başlanılıb. Ölkə üzrə mərkəzləşdirilmiş qaydada aparılan sertifikatlaşdırma prosesi tam şəffaf şəkildə təşkil olunub".

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov cari il üzrə keçirilən sertifikatlaşdırma ilə bağlı jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, bu gün sertifikatlaşdırma prosesinə 60-a yaxın müəllim cəlb olunub:

"İmtahan müddəti 120 dəqiqədir, imtahanda 60 sual verilir. Hər bir sual bir balla qiymətləndirilir. 30 baldan yuxarı nəticə göstərənlər müsahibə mərhələsinə cəlb olunur. 30-50 bal aralığında nəticə göstərən və müsahibədə uğur qazanan müəllimlərin əməkhaqlarına 10 faiz əlavə tətbiq edilir. 51-60 bal aralığında nəticə göstərən və müsahibədə uğur qazanan müəllimlərə isə 35 faiz əməkhaqqı artımı tətbiq olunur.

Məktəblərdə sertifikatlaşdırma prosesi bir neçə əsas istiqaməti əhatə edir: müəllim yönümlü, məktəb yönümlü və ümumilikdə, təhsil və tədris yönümlü yanaşmalar. Bu prosesin əsas prioritetlərindən biri müəllimlərin əmək şəraitinin və sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Eyni zamanda, məqsəd müəllimlərin savadlılıq və peşəkarlıq səviyyəsinin ölçülməsi, onların bilik və bacarıqlarının daha obyektiv qiymətləndirilməsi və nəticə etibarilə məktəbə və təhsilə olan töhfələrinin artırılmasıdır".

Elxan Nəcəfov əlavə edib ki, prosesin ilk günündə infotur təşkil olunub. Bu infotur çərçivəsində rəsmi qurumların nümayəndələri, ictimaiyyət üzvləri, media mənsubları və digər şəxslər proseslə yerində tanış olublar.

Elxan Nəcəfovun sözlərinə görə, proses bütün namizədlər üçün bərabər imkanlar əsasında təşkil edilib. İmtahanlar elektron formatda həyata keçirilir və hər bir iştirakçı imtahan bitdikdən sonra nəticələrini sistem üzərindən şəffaf şəkildə görə bilir: “İnanırıq ki, yaradılmış bu şərait və indiyədək müəllimlərimiz üçün təqdim edilən dəstək, nəticə etibarilə, uğurlu nəticələrə səbəb olacaq.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi olaraq, Elm və Təhsil Nazirliyinin müəyyən etdiyi qaydalara uyğun şəkildə sertifikatlaşdırma prosesinə cəlb olunan müəllimlər üçün bütün resurslar təmin olunub. Bu resurslara videomateriallar, proqram təminatı, sınaq imtahanları və digər tədris vasitələri daxildir. Müəllimlərimiz bu imkanlardan faydalanıblar.

Ümumilikdə, Naxçıvanda 350-yə yaxın müəllimin sertifikatlaşdırma prosesində iştirak edəcəyi gözlənilir. Əminik ki, bu müəllimlər uğurlu nəticə göstərəcək, peşəkarlıqla fəaliyyətlərini davam etdirəcək və məktəblərimizə, şagirdlərimizə daha da yüksək səviyyədə töhfə verəcəklər".

Şərhlər

Xəbər lenti

15 iyul, 10:51

Aydın Qasımov: İki markerin qiyməti üst-üstə düşməzsə, sistem yazını üçüncü markerə ötürür

15 iyul, 10:00

“Dövlət Proqramı gənclər üçün çox böyük fürsətlər yaradır” – Harvard Biznes Məktəbinin məzunu

15 iyul, 09:45

Bu gündən tələbələrin köçürülməsinə başlanılır

15 iyul, 09:42

“WorldSkills Azerbaijan” elektronika üzrə milli yarışın qalibləri müəyyənləşib

15 iyul, 09:30

ADNSU-nun pedaqoji və inzibati heyəti ilə “TəhsilPlus” kartına dair müzakirə görüşü keçirilib

15 iyul, 09:27

ADNSU tələbəsi beynəlxalq uğura imza atıb

15 iyul, 09:20

“Süni intellekt elmi tədqiqatlarda” mövzusunda elmi seminar keçirilib

15 iyul, 09:18

ADNSU tələbələri Oksford Universitetində yay məktəbinə seçiliblər

14 iyul, 18:00

Uşağa kitab oxuyun

14 iyul, 17:20

“Müasir metodist” müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb

14 iyul, 16:05

“Narkomaniyaya qarşı mübarizədə məktəbin rolu” mövzusunda seminar keçirilib

14 iyul, 16:02

BMU-da “Yay məktəbi”ndə tədris aparan koreyalı müəllimlərlə görüş olub

14 iyul, 15:45

Bu günədək 119 mindən çox uşağın birinci sinfə qəbulu tamamlanıb

14 iyul, 15:28

Azərbaycanda ötənilki qəbul və buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilir

14 iyul, 15:10

GDU-nun tələbəsi Avropa çempionu oldu

14 iyul, 13:59

Məleykə Abbaszadə: Texniki səhvlərlə bağlı müraciətlərə baxmamalıyıq

14 iyul, 13:56

Bağçada tərbiyəçi-müəllim işləmək istəyənlər üçün sənəd qəbulu başlayır

14 iyul, 13:44

Qiymətləndirmələrin süni intellektlə aparılması gündəmdə deyil – Məleykə Abbaszadə

14 iyul, 13:15

DİM sədri: 5 il sonra bəzi ixtisaslar ləğv olunacaq 

14 iyul, 12:55

Məktəblilərimiz 57-ci Beynəlxalq Kimya Olimpiadasında uğur qazanıblar

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.