Bütün xəbərlər
18 iyun, 16:37

İyunun 18-də Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbdə təşkil edilən sertifikasiya imtahanında maksimal 60 bal toplayan müəllimlər sevinclərini ilk olaraq "Azərbaycan müəllimi" ilə bölüşüblər.

Fərqanə Quliyeva 3 ildir ki, Hökməli qəsəbə tam orta məktəbində riyaziyyat müəllimi işləyir. 2020-ci ildə Bakı Mühəndislik Universitetinin "Riyaziyyat və informatika müəllimliyi" ixtisasını bitirdiyini söyləyən müəllim 2021-ci ildə MİQ imtahanında 53 bal toplayaraq müəllimlik fəaliyyətinə başladığını qeyd edir.

Çox həyəcanlı olan müəllim 60 bal toplamağını öz üzərində çox işləməsi ilə əlaqələndirir: "İxtisasım üzrə xüsusi hazırlaşmamışam, kurikulum üzrə isə 1 ay müddətində təlimçi ilə hazırlaşmışam. İmtahan sualları hər bir işləyən müəllimin yaza biləcəyi səviyyədə idi. İlk 30 sual mənə çox rahat gəldi. Kurikulum sualları arasında iki cavab üzərində qaldığım sual var idi, ona da düz cavab verdim və 60 bal topladım".

Müəllimlərə tövsiyəsində Fərqanə müəllim vurğulayır ki, həyəcanı kənara qoyub sualları diqqətlə cavablandırmaq lazımdır: "Sertifikasiya imtahanı düşündüyümüz kimi çətin deyil, hazırlıqlı müəllim üçün çox rahatdır".

Gülşən Şahverdiyeva 4 il Bakı Atatürk liseyində fəaliyyət göstərdikdən sonra 2023-cü ildə MİQ imtahanında iştirak edərək 70,075 bal toplayıb və Bakıdakı 103 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq işə qəbul olunub. 

Dövlət məktəbində 3 illik pedaqoji staja malik olan müəllim sertifikasiya imtahanına hazırlaşarkən kurikulum üzrə video təlimləri dinlədiyini, Təhsil İnstitutunun paylaşdığı testləri işlədiyini qeyd edir: "İmtahanın gedişində öncə düşünərək sualları cavablandırırdım, sonra vaxt azlığını görüb sürətimi artırdım. Qaranlıq qalan suallara yenidən qayıdıb düzəlişlər etdim. Müəllimlərə tövsiyəm odur ki, diqqətli olsunlar, sonda cavablarını mütləq yoxlasınlar. Çünki mexaniki səhvlər edə bilərlər".

Şərhlər

Xəbər lenti

19 sentyabr, 12:31

Valideynlərini itirmiş uşaqlar təhsillərini başa vurduqda 2600 manat birdəfəlik müavinət veriləcək

19 sentyabr, 12:07

Bir sinfin 6 məzunu Hüquq fakültəsinin tələbəsi oldu – Məktəbdən reportaj

19 sentyabr, 11:24

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi Sammiti keçiriləcək

19 sentyabr, 11:24

Bakıda keçiriləcək Avrasiya Universitetləri Sammitində hansı məsələlər müzakirə ediləcək? – Eksklüziv müsahibə

19 sentyabr, 10:54

“Maarifçi” proqramının iştirakçıları STEAM İnnovasiya Mərkəzində olublar

19 sentyabr, 10:43

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

19 sentyabr, 10:35

2026-cı ilin buraxılış imtahanlarının proqramları AÇIQLANDI

19 sentyabr, 09:49

Səs yazısı yayılan direktorla bağlı araşdırmalara başlanılıb – AÇIQLAMA

19 sentyabr, 09:46

Qəbul imtahanında 600 və daha yüksək bal toplayan gənclərin NƏZƏRİNƏ!

19 sentyabr, 09:37

AzMİU-nun yeməkxanalarına növbəti baxış keçirilib

19 sentyabr, 09:37

Ən çox vakant direktor yeri bu məktəblərdədir

19 sentyabr, 09:21

SDU nümunəsində ali məktəblərin innovasiya mərkəzinə çevrilməsi mövzusunda tədbir keçirilib – FOTO

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

18 sentyabr, 15:14

MDU-da qrant müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.