Bütün xəbərlər
28 fevral, 16:37

Naxçıvan Dövlət Universitetində (NDU) ABŞ-nin Corc Vaşinqton Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, görüşdə universitetin rektoru Elbrus İsayev və rəhbər heyət, Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı fakültəsinin dekanı Maykl Foyer və universitetin proqram direktoru Sevinc Məmmədova iştirak ediblər.

NDU ilə Corc Vaşinqton Universiteti arasında magistratura təhsil pilləsi üzrə müzakirələr aparılıb. “Səhiyyənin idarə edilməsi” və digər ixtisaslara dair ikili diplom proqramları, peşəkar inkişaf proqramları, tələbə-müəllim mübadiləsi, ortaq tədqiqatlar, kitabxana bazalarına inteqrasiya, professional təlim proqramları, ortaq seminar və konfransların təşkili və başqa prioritet əməkdaşlıq sahələrinə dair yol xəritəsi barədə ilkin razılığa gəlinib.

Universitetlər arasındakı əməkdaşlıq akademik əlaqələrin inkişafı, təhsil sahəsində mübadilə, tərəfdaşlıq imkanlarının genişləndirilməsi və gələcəkdə təhsil liderlərini hazırlamaq məqsədinə hədəflənib.

Görüşdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan “Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili” tədbirinin icrası məqsədilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universiteti ilə Naxçıvan Dövlət Universiteti arasında ikili diplom barədə ilkin razılıq əldə edilib, Əməkdaşlıq Memorandumu imzalanıb.

Əməkdaşlığın icrası və gələcək layihələrin reallaşdırılması məqsədilə hər iki ali təhsil müəssisəsi nəzdində icraya məsul işçi qrupların yaradılmasına qərar verilib.

Sonda rektor Elbrus İsayev Corc Vaşinqton Universitetinin nümayəndələrinə Naxçıvan və universitet haqqında kitablar hədiyyə edib.

1 /3

Şərhlər

Xəbər lenti

2 mart, 23:23

Nazir Türkiyədə təhsil alan azərbaycanlı doktorantlarla görüşüb

2 mart, 17:50

Buraxılış imtahanında verilən tapşırıqların cavabları açıqlanıb

2 mart, 17:12

ADPU-da universitetlərarası çempionatın seçim turu keçirilib

2 mart, 17:07

Xankəndi, Şuşa və Xocalıda ilk dəfə buraxılış imtahanları keçirilib

2 mart, 16:12

Buraxılış imtahanının nəticələri bu tarixdə AÇIQLANACAQ

2 mart, 16:09

7 şagird imtahandan xaric edilib

2 mart, 16:01

UNEC tələbəsi ABŞ-nin TOP 6-cı universitetinə qəbul alıb

2 mart, 16:00

Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

2 mart, 15:57

Lütfi Zadə olimpiadası və fənn müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib

2 mart, 10:24

Dövlət Proqramı çərçivəsində xaricdə təhsilə dair vebinar keçiriləcək

2 mart, 09:22

ADA Universitetində "Transmilli təhsil siyasəti dialoqu" forumu keçirilib

1 mart, 21:23

Bu gün "AzEdu.az" təhsil portalının 7 yaşı tamam olur

1 mart, 18:41

Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq

1 mart, 18:31

Uşaq İncəsənət Festivalı – 2025 başlayır!

1 mart, 18:10

Fariz İsmayılzadə: Peşə təhsili ölkədaxili miqrasiyanın azalmasına imkan yaradacaq

1 mart, 15:36

Azərbaycanın ilk milli xəbər agentliyinin yaranmasından 105 il ötür

1 mart, 09:54

Dünya əhalisinin 50%-i miopiyadan əziyyət çəkəcək – Araşdırma 

1 mart, 08:10

Bu imtahan hava şəraiti səbəbindən təxirə salındı

28 fevral, 22:51

90 illik təhsil yolu keçmiş məktəb yubileyini qeyd edib - FOTOLAR

28 fevral, 21:56

ETN və DİN-in İctimai Şura üzvləri arasında görüş olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.