Bütün xəbərlər
24 oktyabr, 14:12

Naxçıvan Dövlət Universitetində (NDU) Türkiyə Radio və Televiziya Ali Şurasının 2009-cu ildən təşkil etdiyi ənənəvi "Gələcəklə ünsiyyət" 14-cü beynəlxalq konfransı keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdən əvvəl hər iki ölkənin Ulu öndərləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin, eləcə də şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himnləri səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransın qədim Naxçıvan torpağında keçirilməsinin əhəmiyyətindən bəhs edib. Vurğulanıb ki, "Şərqin qapısı" adlandırılan muxtar respublika Türk dünyası üçün birləşdirici məkandır.

Rektor muxtar respublikanın 100-cü, Türkiyə Cümhuriyyətinin 101-ci ildönümündə belə tədbirin təşkilini yüksək qiymətləndirib. Bildirilib ki, Jurnalistika ixtisasında təhsil alan tələbələr və bu sahədə araşdırma aparan tədqiqatçılar üçün konfrans ideal platformadır. O çıxışında Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edib və bu birliyin bütün sahələrdə olduğu kimi, elm-təhsil, eləcə də media sahələrində də yüksələn xətlə inkişaf etdiyini bildirib.

Vurğulanıb ki, hazırda Naxçıvan Dövlət Universitetində çox sayda türk tələbə təhsil alır, həmçinin bu ölkənin ən qabaqcıl universitetləri ilə geniş əlaqələr qurulub. Bundan başqa yeni tədris ilindən, qardaş ölkənin nüfuzlu universitetlərindən professorların NDU-da mütəmadi olaraq tədris prosesində iştirakının təmin edildiyi qeyd olunub.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov bildirib ki, hazırda Türkyənin müxtəlif universitetlərində 35 mindən çox azərbaycanlı tələbə təhsil alır. Vurğulanıb ki, Türkiyə Radio və Televiziya Ali Şurasının təşkil etdiyi bu konfrans Azərbaycan univeristetlərinin beynəlxalq səviyyədə əlaqələrinin artırılmasına önəmli töhfədir.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri, dosent Nəcibə Nəsibova çıxışında proqramın Naxçıvanda təşkil olunmasının bölgənin gələcəyi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya Naxçıvanın 100 illik tarixinə nəzər salıb. İki ölkə arasında möhkəm bağların olduğunu dilə gətirən Asip Kaya, bu əlaqələrin inkişafı istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib. Konsul çıxışında rəqəmsal medianın üstünlüklərindən, bu sahədə yaranan bəzi çətinliklərdən də danışıb.

Türkiyə Radio və Televiziya Ali Şurası sədrinin müavini Orxan Karadaş 14-cü “Gələcəklə ünsiyyət” konfransının Naxçıvanda təşkilinin əlamətdar olduğunu qeyd edib. O, Mustafa Kamal Atatürkün “Naxçıvan Türkün qapısıdır. Bunu nəzərə alaraq əlinizdən gələni edin” sözlərini iştirakçıların diqqətinə çatdırıb. Konfransın builki mövzusunun “Ənənəvi rəqəmsal mediya üsullarında dəyişim” olduğunu bildirən sədr müavini, qlobal dünyada rəqəmsal mediyanın gücündən düzgün istifadə olunmasının vacibliyini qeyd edib. Konfransın Naxçıvandan sonra Qarsda, Sarıqamışda və İğdırda da təşkil olunacağı diqqətə çatdırılıb.

Sonra 15 ölkədən 26 tələbənin hazırladığı “Ənənəvi rəqəmsal mediya üsullarında dəyişim” mövzusunda təqdimatlar olub. Təqdimatlar "Rəqəmsal mediyada islamofobiya", "Ənənəvi mediyanın rəqəmsal transformasiyası", "Tatarıstanda yayımlanan türk serialları və onların təsirləri", "Mərkəzi Asiyada rəqəmsal mediyadan istifadə", "Mediyada vizual dilin təkamülü, həmçinin ənənəvi radionun rəqəmsal çevrilməsi", "Rəqəmsal əsrdə mediya savadlılığı: problemlər və həllər" mövzularını əhatə edib.

1 /6

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.