Bütün xəbərlər
2 may, 13:40

“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamı əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki Təbii Ehtiyatlar  və Bioresurslar institutlarının Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi elm və təhsilin inteqrasiyasını təmin etmək sahəsində aparılan məqsədyönlü islahatların davamı kimi bu istiqamətdə atılan növbəti mühüm addımdır. Sərəncam ali təhsil müəssisələrinin elmi-tədqiqat imkanlarını genişləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. 

Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilən Təbii Ehtiyatlar və Bioresurslar institutları universitetimizin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin maddi-texniki bazasının zənginləşdirilməsində, elmi fəaliyyətin yüksəldilməsində mühüm rol oynayacaq. Bu institutlar universitetin elmi potensialını artırmaqla yanaşı, təhsildəki keyfiyyəti daha da yüksəldəcək, eyni zamanda, Azərbaycan elminin inkişafına önəmli töhfə verəcək. 

Təbii Ehtiyatlar və Bioresurslar institutları ilə əməkdaşlıq Naxçıvan MR-də elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadənin səmərəliliyinin artırılması, Naxçıvanın təbii ehtiyatlarının və bioresurslarının öyrənilməsi, istifadəsi və qorunması sahəsində aparılan işlər fakültəmizin professor-müəllim heyətinin və tələbə kontingentinin elmi fəaliyyətinə mühüm töhfələr verməklə yanaşı, son illərdə əldə olunan elmi nəticələri daha da zənginləşdirəcək.

Bioresurslar İnstitutu ilə birgə Azərbaycanda flora, fauna və torpaq örtüyünün biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi, həmçinin  bitki və heyvanlar aləminin öyrənilməsi, tədqiqi, səmərəli istifadəsi və mühafizəsinin bioloji əsasları elmi istiqamətlərində elmi-tədqiqat işləri yerinə yetirmək mümkündür. İnstitutun tərkibində 5 şöbə (Nəbatat, Zooloji tədqiqatlar, Bitki sistematikası, İnnovasiya və elmi-istehsalat, İnzibati təsərrüfat,), 4 laboratoriya (Meyvə, tərəvəz və üzüm; Dənli taxıl, paxlalı və texniki bitkilər; Biokimyəvi tədqiqatlar; Torpaq ehtiyatları), həmçinin Nəbatat bağı,  Təbiət muzeyi və "Herbari fondu" fəaliyyət göstərir. İnstitutun Nəbatat bağının ərazisi 13,2 hektardır. Burada Naxçıvan MR-in ayrı-ayrı rayonlarının meyvə bağlarından və şəxsi təsərrüfatlardan gətirilmiş qiymətli meyvə və üzüm sortlarından genefond bağları yaradılıb, qurulmuş istixanada Naxçıvan MR-in iqliminə uyğun olmayan xeyli sayda bitki nümunəsi saxlanılır (Yapon kameliyası, ananas, avokado, limon, portağal, palmalar, kofe ağacı, çoxlu sayda kaktuslar və sair), yaşıllaşdırmada istifadə edilməsi üçün yeni dekorativ ağac və kollar, efir yağlı və çiçəkli bitkilərin introduksiyası və artırılması işləri də aparılır. İnstitutda fakültəmizin “Biologiya”, “Biologiya müəllimliyi”, “Torpaqşünaslıq və aqrokimya” ixtisaslarında təhsil alan tələbələrin Tələbə Elmi Cəmiyyəti xətti ilə elmi-tədqiqatlar aparması, nəzəri və praktik dərslər, istehsalat təcrübəsi keçmələri, magistr dissertasiyası və buraxılış işləri üzrə tədqiqatlar aparması üçün yüksək maddi-texniki baza var.

Təbii Ehtiyatlar İnstitutunda isə 6 laboratoriya (mineral xammalın kimyası və texnologıyası, sorbsiya prosesləri, fiziki tədqiqatlar, hidrogeologiya və mineral sular, filiz və qeyri-filiz, geoekologiya və seysmologiya), 3 şöbə (Coğrafiya, İqtisadiyyat, Seysmoloji Xidmət) fəaliyyət göstərir. İnstitutla birgə əməkdaşlıq sayəsində həm professor-müəllim heyətimiz, həm də tədqiqatla məşğul olan tələbələrimiz bakalavr və magistr dissertasiya işlərinin təcrübələrini yerinə yetirməyə, yüksək indeksli jurnallara məqalələr hazırlamağa, qrant və layihə işlərini yerinə yetirməyə, yerli xammal əsasında sənaye və praktiki əhəmiyyətli maddələrin və materialların alınması və tətbiq edilməsinə, beynəlxalq olimpiada və müsabiqələrdə iştirak etməyə nail olacaqlar. Həmçinin “Kimya” və “Kimya müəllimliyi” ixtisaslarında təhsil alan tələbələrimiz nəzəri və praktik dərsləri, istehsalat təcrübələrini də bu institutun bazasında keçə biləcəklər.

Prezidentin müvafiq sərəncamı fakültəmizin professor-müəllim heyətinin elmi-tədqiqat sahəsində yeni hədəflərinin müəyyənləşdirilməsinə imkanlar açır. Bu institutların bazasında yerinə yetiriləcək elmi-tədqiqatların nəticələrinin tədrisə tətbiqi universitetimizdə yüksəkixtisaslı kadrların hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu elmi-tədqiqat institutları ilə əməkdaşlıq Naxçıvan MR-in flora və faunasının tədqiqi, mühafizəsi, təbii ehtiyatlarının səmərəli istifadəsi istiqamətlərində yeni-yeni tədqiqat imkanları yaratmaqla elmimizə mühüm nailiyyətlər qazandıracaq. Həm Təbii Ehtiyatlar, həm də Bieoresurslar İnstitutu universitetimizin bundan sonrakı elmi tədqiqat işlərində mühüm baza kimi önəmli olacaq.

Bəhruz MƏMMƏDOV,
Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekan əvəzi 

Şərhlər

Xəbər lenti

2 may, 20:20

Müəllimlik Peşəsi üzrə Beynəlxalq Sammit

2 may, 19:25

“Avropada məktəb direktorlarının, müəllimlərin əməkhaqları və müavinətləri 2022/2023”

2 may, 17:50

Elmi inteqrasiyanın yeni mərhələsi: Batabat Astrofizika Rəsədxanasının üstünlükləri və imkanları

2 may, 17:48

Tarix fənni üzrə RFO-nun final turunun ilkin nəticələri elan edildi

2 may, 17:31

6 apreldə keçirilmiş imtahanlarda 8 nəfərin nəticələri ləğv edilib

2 may, 17:20

Naxçıvana ilk medalı gətirən şagird – Süni intellektli robot da hazırlayıb

2 may, 17:16

Aprelin 6-da keçirilmiş imtahanların nəticələri açıqlandı

2 may, 17:03

“Müasir metodist” layihəsinin müsahibə mərhələsi davam edir

2 may, 16:59

“Məktəblinin hüquq bələdçisi” layihəsinə start verilir

2 may, 16:47

Tələbə qəbulu qaydalarında bəzi dəyişikliklər edilib

2 may, 16:43

“Şahin” hərbi idman oyunlarının zona mərhələsi keçirilir

2 may, 16:30

Qazaxıstanın "500 alim" layihəsi – Beynəlxalq təcrübə

2 may, 16:30

Suraxanı məktəbliləri “Ədibin Evi”ndə xalçaçılıq irsimizlə tanış olublar

2 may, 16:27

Narkomaniya ilə mübarizə mövzusunda tədbir keçirilib

2 may, 16:24

Ötən ay xaricdə təhsil alan 351 nəfərin diplomu tanınıb

2 may, 16:07

Tələbələr üçün 1500-dən çox iş və təcrübə imkanı – Kimlər yararlandılar?

2 may, 15:37

Aqrar sığorta eksperti olmaq üçün tələb olunan ixtisaslarda dəyişiklik edilib

2 may, 15:29

ADPU-da növbəti dəfə "Mən rəhbər olsam” layihəsi keçirilib

2 may, 15:23

Apellyasiya Komissiyası fəaliyyətə başlayacaq

2 may, 15:05

Bəzi universitetlərin magistraturalarına qəbul qaydası dəyişib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.