
Bütün dünyada olduğu kimi, Azərbaycanda da universitet müəllimlərinin qiymətləndirilməsi həyata keçirilməlidir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli İTV-nin “Sabaha saxlamayaq” proqramında səsləndirib.
Müşavir bildirib ki, bu prosesin mütəmadi aparılması və müəyyən meyarların tətbiqi vacibdir.
“Universitet müəllimləri ilə müqavilə bağlayanda meyarlar müəyyən edilməlidir. Onlara bildirilməlidir ki, sən bu cür dərs aparmalı, tədqiqatlar etməlisən. Əgər bir neçə ildən sonra bu tələblərə cavab vermirsənsə, səninlə müqavilə pozulacaq”, – deyə Nicat Məmmədli qeyd edib.
O əlavə edib ki, ixtisaslı kadrların yetişdirilməsi üçün bəzi məsələlərdə güzəşt edilməməlidir.
“Təbii ki, bu, məsələnin sosial tərəfidir. Lakin biz ixtisaslı kadr istəyiriksə, nəyisə qurban verməliyik”, – deyə müşavir vurğulayıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər