Bütün xəbərlər
7 aprel, 11:25

Azərbaycanda onlayn təhsil platforması olan “Rəqəmsal məktəb” fəaliyyətə başlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, ilkin mərhələdə Bakı məktəbləri üçün tətbiq edilən platformaya “digital.login” vahid giriş sistemi üzərindən “SİMA İmza” ilə giriş təmin edilib.

Platformada “Şagird”, “Valideyn”, “Müəllim” “Məktəb rəhbəri” üçün fərdi kabinetlər mövcuddur. Bu da hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. Platformada şagirdlər dərslər və ev tapşırıqları ilə tanışolma, valideynlər övladlarının dərsləri ilə bağlı fəaliyyət və nəticələrinin izlənilməsi, müəllimlər elektron jurnal platformasına çıxış, məktəb rəhbərləri isə tədrisin effektivliyi, qiymətləndirmə və s. kimi imkanlar əldə edəcəklər.

“Rəqəmsal məktəb” platforması təhsil sistemində müasir texnologiyaların tətbiqi ilə yanaşı, tədris və idarəetmə proseslərini təkmilləşdirmək, həmçinin təhsildə şəffaflığı artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, SİMA yeni nəsil rəqəmsal imza ilə vətəndaşların xidmət mərkəzlərindən asılılığına son qoyulur, qurumların iş yükü və xərcləri azalır. “SİMA İmza” mobil tətbiqini yükləməklə əldə olunan yeni nəsil rəqəmsal imza vətəndaşlar üçün ödənişsizdir. Daha ətraflı məlumatı sima.az saytından və “157” Zəng mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

Şərhlər

Xəbər lenti

15 aprel, 20:47

Mehriban Əliyeva Bakıda körpələr evi və uşaq evi sosial xidmət müəssisəsini ziyarət edib

15 aprel, 20:30

Region məktəbləri ilk dəfə PISA tədqiqatlarına qoşulacaq

15 aprel, 19:55

Ekran asılılığı valideyn-uşaq münasibətlərinə təsir edir

15 aprel, 19:45

Bağçalara müdir vəzifəsi üzrə müsahibələrə start verilib

15 aprel, 19:41

Ötən il 36 məktəb direktoru işdən çıxarılıb

15 aprel, 19:00

Riyaziyyatın tədrisində neyropedaqoji yanaşma

15 aprel, 17:44

AzMİU Türkiyənin aparıcı texniki universitetləri ilə əməkdaşlıq edəcək

15 aprel, 16:07

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında yenilik

15 aprel, 15:41

Təhsil krediti ilə arzularını reallaşdıran üç uşaq anası – Uğur hekayəsi

15 aprel, 15:37

Övladını özəl bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ!

15 aprel, 15:19

ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün təlimlərə start verilib

15 aprel, 15:05

ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib

15 aprel, 14:49

Naxçıvanda əmək bazarının inkişafı məsələlərinə dair görüş keçirilib

15 aprel, 14:47

BSU-da “Beynəlxalq yay məktəbi” təşkil ediləcək

15 aprel, 14:40

Buraxılış qiymətləndirmə monitorinqinin düzgün cavabları açıqlanıb

15 aprel, 14:38

STEAM mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı

15 aprel, 13:54

BSU-da özbək dili tədris ediləcək

15 aprel, 13:43

Pedaqoji Universitetdə “Fizika günü” keçirilib

15 aprel, 13:40

BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq

15 aprel, 13:36

"Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.