Bütün xəbərlər
15 aprel, 13:36

"Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Gənclik və hüquq" adlı tədbir keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, paytaxtdakı 163 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Yeni Azərbaycan Partiyası (YAP) Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova, Azərbaycan Respublikasının Ombudsman aparatının əməkdaşı Azər İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Təranə Piriyeva, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri G.Qurbanova və YAP Səbail Rayon təşkilatının sədri M.Nağıyev ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının ilk Konstitusiyasının ölkəmizdə genişmiqyaslı islahatların əsasını təşkil etməsindən, Prezident İlham Əliyevin güclü siyasəti nəticəsində suverenliyimizin bərpasından bəhs ediblər.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini K.Həşimova, Elm və Təhsil Nazirliyi yanında İctimai şuranın katibi G.Əkbərova, Azərbaycan Respublikasının Ombudsman aparatının əməkdaşı A.İsalı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi T.Piriyeva və məktəbin direktoru S.Hüseynova Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının tarixi əhəmiyyətindən, Azərbaycanın inkişafının yeni mərhələsindən və qüdrətli bir ölkəyə çevrilməsindən danışıblar.

Tədbirdə istedadlı şagirdlərin ifasında musiqi və şeirlər səsləndirilib.

1 /8

Şərhlər

Xəbər lenti

19 oktyabr, 16:09

BSU-da “Müstəqil Azərbaycanın memarı: Heydər Əliyev” mövzusunda görüş keçirilib

18 oktyabr, 19:52

Türkiyənin aparıcı universitetlərinin təcrübəsi iki ildir Azərbaycanda - Video

18 oktyabr, 14:21

11 azərbaycanlı HTP ilə Türkiyədə təhsil imkanı qazanıb

18 oktyabr, 10:09

“Müəllimlərimizin tərbiyəsi nəticəsində gənclərimiz qəhrəman oldular” – Anar İsgəndərov

18 oktyabr, 10:01

Azərbaycanlı alim ABŞ-də yüksək vəzifəyə təyin olunub

17 oktyabr, 19:15

Naxçıvanda “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib

17 oktyabr, 17:43

ADPU-da “Erkən nikaha son” mövzusunda görüş keçirilib

17 oktyabr, 17:34

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq

17 oktyabr, 17:27

Təqaüd proqramlarının iştirakçıları üçün ingilis dili təlimi keçirilib

17 oktyabr, 17:09

Türk dünyasının ilk riyaziyyat olimpiadasına qeydiyyat başladı

17 oktyabr, 17:01

Mədəniyyət və Elm və Təhsil nazirliklərinin birgə işçi qrupunun növbəti görüşü keçirilib

17 oktyabr, 16:58

Övladın ev tapşırığını çətinliklə yerinə yetirirsə, necə kömək edə bilərsən?

17 oktyabr, 15:50

Müəllimləri sənaye bilikləri ilə yeniləməyə çalışmaq bizi həmişə geridə saxlayacaq – Andreas Şleyxer

17 oktyabr, 15:33

Azərbaycanda ali təhsilin müddəti azaldıla bilərmi?

17 oktyabr, 15:17
17 oktyabr, 15:13

ADPU-nun yeni oxu zalı açılıb

17 oktyabr, 14:38

NDU-da elmi-praktik konfrans keçirilib

17 oktyabr, 14:34

BSU-nun ixtisaslarının əmək bazarına uyğunluğu müzakirə edilib

17 oktyabr, 14:30

Monitorinq mütəxəssisləri üçün təlim təşkil olunub

17 oktyabr, 14:27

Qəbələdə peşə məktəbinin tələbələri təlim dərslərində iştirak ediblər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.