Bütün xəbərlər
15 aprel, 20:30

PISA 2025 (Şagirdlərin Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram) qiymətləndirmə tədqiqatında iştirak üçün seçilmiş məktəblərin şagirdləri ilə müxtəlif regionlarda Təhsil İnstitutunun və regional təhsil idarələrinin əməkdaşlarının iştirakı ilə görüşlər təşkil olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşlərin əsas məqsədi şagirdlərin PISA qiymətləndirməsi barədə məlumatlılığının artırılması, onların qiymətləndirməyə münasibətinin öyrənilməsi və imtahan prosesinə dair aydın təsəvvürün formalaşdırılması olub.

Tədbirlər çərçivəsində iştirakçılara PISA-nın mahiyyəti, əsas məqsədləri, qiymətləndirmə sahələri və beynəlxalq əhəmiyyəti ilə bağlı təqdimat edilib. Şagirdlərə bu qiymətləndirmənin yalnız nəzəri biliklərin yoxlanmasına deyil, həmin biliklərin gündəlik həyat şəraitində tətbiqinə əsaslandığı xüsusi vurğulanıb. Eyni zamanda PISA-nın kompüter əsaslı qiymətləndirmə formatı, iştirak qaydaları və texniki prosedurları barədə də ətraflı məlumat verilib.

Görüşlər interaktiv formada həyata keçirilib, şagirdlərin fikirləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən həyata keçirilən beynəlxalq tədqiqatdır. Bu qiymətləndirmə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını, eləcə də bu biliklərin gündəlik həyatda tətbiqi səviyyəsini ölçən qiymətləndirmə proqramıdır.

1 /4

Şərhlər

Xəbər lenti

17 iyun, 13:15

Məktəblimiz beynəlxalq olimpiadada qızıl mükafat qazanıb

17 iyun, 12:54

Övladını rus bölməsinin I sinfinə qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ!

17 iyun, 12:50

Sabahın hava proqnozu açıqlanıb

17 iyun, 12:25

Deputat: Gənclərimizi bacarıqlarını da tətbiq etməyə yönəltməliyik

17 iyun, 12:20

Şagirdlərin kompüter təminatı əhəmiyyətli dərəcədə yaxşılaşıb

17 iyun, 12:15

"BilBacar" qalibləri arasında oğlanlar üstünlük təşkil edir

17 iyun, 12:06

Lisey və gimnaziyalara qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!

17 iyun, 11:58

“Şagirdlərimizin beynəlxalq elmi yarışlarda nailiyyətləri artır” – Nazir müavini

17 iyun, 11:51

Firudin Qurbanov: Bilik və bacarıq dəyərlərlə tamamlanmalıdır

17 iyun, 11:48

AzMİU tələbələri futzal üzrə çempionatlarda uğurla çıxış ediblər

17 iyun, 11:45

Sıfır səhv, tam uğur: Sertifikatlaşdırma imtahanının lider müəllimləri

17 iyun, 11:41

Bakıda 43 mindən çox şagird məktəbini dəyişib

17 iyun, 11:40

Təhsil daha "yumşaq" olmalıdır – Təhlil

17 iyun, 11:26

Ceyhun Kərəmov: 100-dən çox peşə təhsili müəllimi Türkiyədə təcrübə keçib

17 iyun, 11:22

270 məktəbdə “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub

17 iyun, 11:21

Bəzi peşə təhsili proqramları Türkiyə təcrübəsi əsasında hazırlanıb – Agentlik direktoru

17 iyun, 10:19

İmtahan işlərini Üzeyir Hacıbəyliyə həsr etdilər

17 iyun, 10:09

İtaliyada şagirdlərin mobil telefonlardan istifadəsi qadağan edilib

17 iyun, 09:45

Azərbaycan “Qlobal Dayanıqlı İnkişaf Konqresi”ndə təmsil olunur

16 iyun, 18:44

Sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi mərkəzlərin siyahısı açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.