
İtaliyada ümumtəhsil məktəblərində orta sinif şagirdlərinin mobil telefonlardan istifadə etməsi qadağan olunub.
“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın təhsil naziri Cüzeppe Valditara qərar imzalayıb.
Qərara əsasən, yeni tədris ilindən başlayaraq ümumtəhsil məktəblərində orta sinif şagirdlərinin dərs zamanı və ümumilikdə məktəb vaxtı mobil telefondan istifadəsi qadağan edilib. Yalnız müstəsna hallarda əlilliyi və ya xüsusi öyrənmə çətinliyi olan şagirdlərin mobil telefondan istifadə etməsinə icazə veriləcək.
Qeyd edək ki, əvvəllər bu qadağa yalnız ibtidai sinif şagirdlərinə şamil olunurdu.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər