Bütün xəbərlər
15 aprel, 17:44

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Türkiyənin nüfuzlu ali təhsil müəssisələrinin rəhbər heyətini qəbul edib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, nümayəndə heyətində Yıldız Texniki Universitetinin rektoru professor Eyüp Debik, prorektor Vatan Karakaya, rektorun baş müşaviri Özer Çınar, İstanbul Texniki Universitetinin prorektoru professor Şenol Ataoğlu, Gebze Texniki Universitetinin prorektoru professor Hasari Çelebi, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova olublar.

Görüş zamanı professor Gülçöhrə Məmmədova Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən söz açaraq, bu kontekstdə hər iki ölkənin qabaqcıl ali təhsil müəssisələri arasında davam edən səmərəli və strateji əməkdaşlığı yüksək qiymətləndirib. Rektor AzMİU-nun Yıldız Texniki Universiteti və İstanbul Texniki Universiteti ilə əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək bu tərəfdaşlığın ikili diplom proqramları, ortaq elmi layihələr və akademik mobillik imkanları ilə daha da dərinləşdiyini vurğulayıb. O, AzMİU-nun Gebze Texniki Universiteti ilə də gələcəkdə belə uğurlu əməkdaşlığın yaradılmasında maraqlı olduğunu söyləyib.

Türkiyəli qonaqlar səmimi qəbula görə təşəkkür edərək ikitərəfli əlaqələrin genişlənməsindən məmnunluqlarını ifadə ediblər.

Görüş çərçivəsində Yıldız Texniki Universiteti ilə magistratura səviyyəsində memarlıq və ekologiya mühəndislik ixtisasları üzrə ikili diplom proqramlarının həyata keçirilməsi məsələsi müzakirə olunub. Eyni zamanda, magistr və doktorantlara birgə rəhbərlik, müəllim heyəti və gənc tədqiqatçılar arasında ortaq elmi layihələrin icrası imkanları nəzərdən keçirilib.

İstanbul Texniki Universiteti ilə isə inşaat mühəndisliyi ixtisası üzrə bakalavr səviyyəsində mövcud olan ikili diplom proqramının magistratura səviyyəsində də tətbiqi, bununla yanaşı, ikili magistr proqramları və ortaq doktorantura tədqiqatlarının təşkili perspektivləri müzakirə olunub. Bu əməkdaşlığın həm tələbələrin elmi-akademik inkişafına, həm də hər iki universitetin beynəlxalq elm məkandakı mövqeyinə müsbət təsir göstərəcəyi qeyd olunub.

Görüşdə AzMİU ilə Gebze Texniki Universiteti arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları dəyərləndirilib və yaxın gələcəkdə tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması planlaşdırılıb.

Sonda AzMİU və Yıldız Texniki Universiteti arasında təhsil və elmi əməkdaşlığa dair protokol imzalanıb. Protokolda tələbə və elmi-pedaqoji heyətin mübadiləsi, seminar və elmi konfranslarda iştirak, birgə tədqiqat fəaliyyətləri, nəşr olunmuş elmi materialların və onlarla bağlı digər məlumatların mübadiləsi, xüsusi qısamüddətli elmi proqramlar, sertifikat proqramları, konfranslar və simpoziumlar kimi elmi və akademik sahələrdə birgə dərsdənkənar fəaliyyətlər, ortaq tədqiqat layihələri və araşdırmaların həyata keçirilməsi nəzərdə tutulub.

Görüşdən sonra qonaqlar Memarlıq fakültəsini ziyarət ediblər. Burada onlara fakültənin elmi-praktik potensialı və aparılan tədqiqatlar haqqında məlumat verilib, fakültənin professor-müəllim heyəti ilə söhbət aparılıb. Onlar AzMİU-nun nəzdində fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarına baş çəkiblər.

1 /7

Şərhlər

Xəbər lenti

19 sentyabr, 13:08

78 yaşında tələbə oldu: 12 nəvəsi, 12 nəticəsi var... – FOTO/VİDEO

19 sentyabr, 12:31

Valideynlərini itirmiş uşaqlar təhsillərini başa vurduqda 2600 manat birdəfəlik müavinət veriləcək

19 sentyabr, 12:07

Bir sinfin 6 məzunu Hüquq fakültəsinin tələbəsi oldu – Məktəbdən reportaj

19 sentyabr, 11:24

Mingəçevirdə Regional Universitet–Sənaye Birliyi Sammiti keçiriləcək

19 sentyabr, 11:24

Bakıda keçiriləcək Avrasiya Universitetləri Sammitində hansı məsələlər müzakirə ediləcək? – Eksklüziv müsahibə

19 sentyabr, 10:54

“Maarifçi” proqramının iştirakçıları STEAM İnnovasiya Mərkəzində olublar

19 sentyabr, 10:43

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq təcrübə öyrənilir

19 sentyabr, 10:35

2026-cı ilin buraxılış imtahanlarının proqramları AÇIQLANDI

19 sentyabr, 09:49

Səs yazısı yayılan direktorla bağlı araşdırmalara başlanılıb – AÇIQLAMA

19 sentyabr, 09:46

Qəbul imtahanında 600 və daha yüksək bal toplayan gənclərin NƏZƏRİNƏ!

19 sentyabr, 09:37

AzMİU-nun yeməkxanalarına növbəti baxış keçirilib

19 sentyabr, 09:37

Ən çox vakant direktor yeri bu məktəblərdədir

19 sentyabr, 09:21

SDU nümunəsində ali məktəblərin innovasiya mərkəzinə çevrilməsi mövzusunda tədbir keçirilib – FOTO

18 sentyabr, 18:41

ADNSU “Mərkəzi Asiya+ rektorlar klubu”nun 6-cı görüşünə ev sahibliyi edəcək

18 sentyabr, 17:56

BSU-da “Azərbaycanda Dövlət Suverenliyi Günü” mövzusunda görüş keçirilib

18 sentyabr, 17:51

Direktorların işə qəbulunda imtahan göstəriciləri necə olmalıdır?

18 sentyabr, 16:36

LDU-da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib

18 sentyabr, 16:02

“Milli Proqram” istifadəçiləri rekord sayda təlimi başa vurublar

18 sentyabr, 15:43

Peşə ixtisaslarının yeni təsnifatı hazırlanır: 200-dən çox ixtisas müzakirə edilir

18 sentyabr, 15:33

Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.