BSU-da “Zəfər Günü: Milli birliyin təntənəsi” adlı tədbir baş tutub

6 Noyabr, 2026 - 20:02
BSU-da “Zəfər Günü: Milli birliyin təntənəsi” adlı tədbir baş tutub

Noyabrın 6-da Bakı Slavyan Universitetində (BSU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər Günü: Milli birliyin təntənəsi” adlı tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Daha sonra tədbirdə Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əks etdirən videoçarx nümayiş olunub.

Rektorun məsləhətçisi Ənvər Abbasov çıxışında Zəfər Gününün Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutduğunu bildirib. O, bu əlamətdar günün milli həmrəyliyin, Vətənə sədaqətin və dövlətçilik iradəsinin parlaq təcəssümü olduğunu vurğulayaraq tarixi Qələbənin gənc nəslin milli kimlik və vətənpərvərlik ruhunda yetişməsində mühüm örnək təşkil etdiyini diqqətə çatdırıb.

Daha sonra tədris məsələləri üzrə prorektor Fikrət Cahangirov çıxış edərək 44 günlük Vətən müharibəsində əldə olunan Qələbənin Azərbaycan dövlətinin gücünü, xalqımızın əzmini və ordumuzun qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdiyini söyləyib. O, Zəfərin əldə olunmasında Ali Baş Komandanın rəhbərliyinin, Azərbaycan Ordusunun peşəkarlığının və xalq-ordu birliyinin həlledici rolunu qeyd edib. Prorektor bu tarixi nailiyyətin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini önə çəkib.

Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun idrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri Füzuli Qurbanov Zəfər Gününə fəlsəfi və ictimai-siyasi aspektdən yanaşıb. O, milli birliyin yalnız tarixi sınaqlar zamanı deyil, dövlətin gələcək inkişafında da əsas amillərdən biri olduğunu qeyd edib. Alim Azərbaycanın qazandığı Qələbənin milli özünüdərk, mənəvi bütövlük və dövlətçilik təfəkkürü baxımından da mühüm əhəmiyyət daşıdığını bildirib.

Tədbirdə İctimai elmlər kafedrasının müdiri Zümrüd Məlikova, kafedranın müəllimi Dürdanə Məmmədova və Yüksək Təhsil Mərkəzinin aparıcı mütəxəssisi Məhəmməd Hacı da çıxış ediblər. Onlar öz çıxışlarında Zəfər Gününün tarixi kökləri, Vətən müharibəsinin xalqımızın taleyində yaratdığı dönüş, milli-mənəvi dəyərlərin qorunması, şəhidlərin əziz xatirəsinin yaşadılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Tədbir bədii hissə ilə davam edib. 