Bütün xəbərlər
15 aprel, 14:49

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Texniki Kollecində görüş keçirib.

“Azərbaycan müəllimi” xəbər verir ki, əmək bazarının inkişafı məsələlərinə həsr olunmuş görüşdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Fərid Bağırzadə, təhsil naziri Elxan Nəcəfov və təhsil işçiləri iştirak ediblər.

Fərid Bağırzadə əmək bazarının mövcud vəziyyəti və bu sahədəki tendensiyaların təkmilləşdirilməsi istiqamətində Milli Observatoriya ilə əməkdaşlığın əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, Observatoriya təhsil müəssisələrinin məzunlarının əmək bazarındakı mövqeyini mütəmadi olaraq təhlil edir və bu sahədə inkişafı dəstəkləyən təkliflər təqdim edir.

Ötən il peşə təhsili müəssisələrində dövlət sifarişi üzrə qəbul planının hazırlanması məqsədilə Təhsil Nazirliyinin müraciəti əsasında Observatoriya tərəfindən statistik analizlər və proqnozlar aparılaraq nəticələr təqdim olunub.

Elxan Nəcəfov isə Observatoriyanın həyata keçirdiyi təhlilləri yüksək qiymətləndirərək əmək bazarının dinamik inkişafı, texnoloji yeniliklər və qlobal çağırışlar fonunda kadr hazırlığında bu məlumatların mühüm rolunu vurğulayıb.

Elnur Səfərli əmək bazarının cari tələbləri barədə danışıb. O qeyd edib ki, düzgün peşə seçimi fərdlərin təhsildən əmək bazarına uğurlu keçidində mühüm rol oynayır. Təhsil işçilərinin şagirdləri peşəyönümlü istiqamətləndirməsi gələcəkdə əmək bazarının kadr ehtiyacını qarşılamaqda mühüm rol oynayır və bu prosesə verilən dəstək əhəmiyyətlidir.

Sonda təhsil işçilərinin iştirakı ilə ictimai dinləmə keçirilib. Tədbir iştirakçılarına Milli Observatoriya tərəfindən aparılan təhlil nəticələri təqdim edilib. Onları maraqlandıran suallar cavablandırılıb.

1 /6

Şərhlər

Xəbər lenti

15 aprel, 20:47

Mehriban Əliyeva Bakıda körpələr evi və uşaq evi sosial xidmət müəssisəsini ziyarət edib

15 aprel, 20:30

Region məktəbləri ilk dəfə PISA tədqiqatlarına qoşulacaq

15 aprel, 19:55

Ekran asılılığı valideyn-uşaq münasibətlərinə təsir edir

15 aprel, 19:45

Bağçalara müdir vəzifəsi üzrə müsahibələrə start verilib

15 aprel, 19:41

Ötən il 36 məktəb direktoru işdən çıxarılıb

15 aprel, 19:00

Riyaziyyatın tədrisində neyropedaqoji yanaşma

15 aprel, 17:44

AzMİU Türkiyənin aparıcı texniki universitetləri ilə əməkdaşlıq edəcək

15 aprel, 16:07

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında yenilik

15 aprel, 15:41

Təhsil krediti ilə arzularını reallaşdıran üç uşaq anası – Uğur hekayəsi

15 aprel, 15:37

Övladını özəl bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ!

15 aprel, 15:19

ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün təlimlərə start verilib

15 aprel, 15:05

ADMİU-da beynəlxalq elmi-nəzəri konfrans keçirilib

15 aprel, 14:47

BSU-da “Beynəlxalq yay məktəbi” təşkil ediləcək

15 aprel, 14:40

Buraxılış qiymətləndirmə monitorinqinin düzgün cavabları açıqlanıb

15 aprel, 14:38

STEAM mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı

15 aprel, 13:54

BSU-da özbək dili tədris ediləcək

15 aprel, 13:43

Pedaqoji Universitetdə “Fizika günü” keçirilib

15 aprel, 13:40

BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq

15 aprel, 13:36

"Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.