Bütün xəbərlər
15 aprel, 15:05

Aprelin 11-də Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşəbbüsü, İnformasiya Texnologiyaları İnstitutu və Azərbaycan Texniki Universitetinin təşkilati dəstəyi ilə “Müasir incəsənət məkanında süni intellekt: problemlər və perspektivlər” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə universitetdən məlumat verilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbiri giriş sözü ilə ADMİU-nun rektoru professor Ceyran Mahmudova açaraq qonaqları salamlayıb və konfransın məqsədindən danışıb. Rektor bildirib ki, son zamanlar ölkəmizdə süni intellekt (Aİ) texnologiyalarına xüsusi diqqət ayrılır. Cənab Prezident İlham Əliyevin 2025-ci il 19 mart tarixli Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiq edilib. Bu strategiya qarşımızda mühüm vəzifələr qoyur.

Süni intellektin getdikcə yaradıcılıq prosesinə də böyük təsir göstərdiyini deyən C.Mahmudova bildirib ki, ADMİU 2023-cü ildən başlayaraq Aİ və incəsənət mövzusu ilə bilavasitə maraqlanmağa başlayıb: “Elm və incəsənətin kəsişməsində, Aİ-nin yaradıcı prosesə olan təsirinin gələcəkdə hansı perspektivlər yaradacağı, yeni paradiqmaların meydana gəlməsi, zənnimcə, olduqca vacib məsələlərdəndir.

Aİ artıq incəsənət aləminə xeyli təsir göstərir. Aİ bizə yeni özünü ifadə imkanları verir. Bu yaradıcılıq potensiyalını artırmaqla yanaşı, yeni forma və məzmun axtarışlarına da təkan verir. Şübhəsiz olan da budur ki, Aİ-nin incəsənətə təsiri böyük, maraqlı və daim tədqiqata ehtiyacı olan bir problemdir. Bu problemin həllində biz hamımız- müxtəlif sahələrin alimləri birgə çalışmalıyıq”.

Konfransa təkcə Azərbaycandan deyil, müxtəlif ölkələrdən də alimlərin maraqlı məqalə və məruzələri ilə qatıldığını vurğulayan rektor deyib ki, ölkəmizdə ilk dəfə olaraq keçirilən bu konfransın əsas məqsədi, mədəniyyət, incəsənət sahəsində, onun ayrı-ayrı istiqamətlərində süni intellekt texnologiyalarının müxtəlif imkanlarından istifadə olunmasını geniş müzakirə etməkdir.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, süni intellekt hər an, hər saniyə cəmiyyətimizin müxtəlif sahələrinə öz təsirini göstərir və öz imkanlarını hər keçən gün bir az da genişləndirir: “Cəmiyyətimizin, insan həyatının elə bir sahəsi yoxdur ki, orada süni intellektin əlamətləri özünü göstərməsin. Bu, dövrümüzün yeni çağırışıdır. Bu istiqamətdə tədbirlər həyata keçirmək hər bir ölkənin və qurumun borcudur. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev son bir ayda bu istiqamətdə iki mühüm sərəncam imzalayıb. Bu sahəyə ölkə başçısı səviyyəsində diqqət ayrılması Azərbaycanın süni intellektə və onun gələcək inkişafına verdiyi önəmin bariz sübutudur”.

Akademik eyni zamanda AMEA-nın süni intellekt texnologiyalarının tətbiqi sahəsində gördüyü işlərdən danışıb və bu sahədə beynəlxalq təcrübəyə böyük önəm verildiyini vurğulayıb.

Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev konfransda çıxışı zamanı bildirib ki, süni intellekt texnologiyaları həyatımızın müxtəlif sahələrində geniş tətbiq olunur. İstər rəqəmsal dövlət texnologiyalarında, istər texnoloji proseslərdə geniş istifadə olunur: “Amma ən çətin məsələlərdən biri süni intellekt texnologiyalarının mədəniyyətdə və incəsənətdə tətbiq olunması idi. Kompüter texnologiyalarının incəsənətdə tətbiq edilməsi o qədər də asan məsələ deyildi. Digər sahələrdə riyazi modelləşdirmə, onların əsasında müəyyən sistemlərin qurulması bir qədər asan idi. Mədəniyyət və incəsənət sahələri yaradıcılıq prosesi olduğu üçün, ümumiyyətlə, bu texnologiyanın tətbiqi heç də asan məsələ deyil. Amma son vaxtlar dünya səviyyəsində görürük ki, süni intellekt texnologiyaları, müxtəlif sənət əsərlərinin yaradılmasının müəllifi olur. Bəzən bunun yaxşı tərəfi də olur, pis tərəfi də”.

Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev çıxışında Azərbaycanda texnoloji proseslərin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, artıq universitetlər də tədris və tədqiqat proqramlarını müasir texnoloji proseslərə uyğunlaşdırır. Müasir dövrdə infokommunikasiya, süni intellekt, idarəetmə sistemləri, informasiya təhlükəsizliyi, radioelektron və aerokosmik sistemlər kimi sahələrin inkişafının önəmindən danışan rektor bildirib ki, bu istiqamətdə universitetlər və institutlar birgə tədqiqatlar aparmalı, yeni modellər ortaya qoymalıdırlar.

Daha sonra süni intellekt vasitəsi ilə generasiya edilmiş videoçarx nümayiş etdirilib.

Konfransın plenar iclasında Rusiyadan, Gürcüstandan, Qazaxıstandan, Özbəkistandan, Türkiyədən, Şimali Kiprdən və Azərbaycandan konfransa qatılan alim və tədqiqatçıların məruzələri dinlənilib.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib. “Süni intellekt alətlərinin praktikada tətbiqi nümunələri”, “Süni intellektli gələcəyə baxış” və “Süni intellekt alətlərindən istifadənin sosial-humanitar aspektləri” mövzularına həsr olunmuş bölmələrdə Azərbaycanın müxtəlif universitetlərindən, eləcə də digər ölkələrdən həm əyani, həm də onlayn şəkildə konfransa qatılmış 70-ə yaxın tədqiqatçı süni intellekt texnologiyalarının cəmiyyətimizin ən müxtəlif sahələrinə tətbiqinə dair məruzələri ilə çıxış ediblər.

1 /9

Şərhlər

Xəbər lenti

15 aprel, 20:47

Mehriban Əliyeva Bakıda körpələr evi və uşaq evi sosial xidmət müəssisəsini ziyarət edib

15 aprel, 20:30

Region məktəbləri ilk dəfə PISA tədqiqatlarına qoşulacaq

15 aprel, 19:55

Ekran asılılığı valideyn-uşaq münasibətlərinə təsir edir

15 aprel, 19:45

Bağçalara müdir vəzifəsi üzrə müsahibələrə start verilib

15 aprel, 19:41

Ötən il 36 məktəb direktoru işdən çıxarılıb

15 aprel, 19:00

Riyaziyyatın tədrisində neyropedaqoji yanaşma

15 aprel, 17:44

AzMİU Türkiyənin aparıcı texniki universitetləri ilə əməkdaşlıq edəcək

15 aprel, 16:07

Şagirdlərdən hekayə tələbi: Buraxılış imtahanında yenilik

15 aprel, 15:41

Təhsil krediti ilə arzularını reallaşdıran üç uşaq anası – Uğur hekayəsi

15 aprel, 15:37

Övladını özəl bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ!

15 aprel, 15:19

ATİAHİ-yə üzv təşkilatların sədrləri üçün təlimlərə start verilib

15 aprel, 14:49

Naxçıvanda əmək bazarının inkişafı məsələlərinə dair görüş keçirilib

15 aprel, 14:47

BSU-da “Beynəlxalq yay məktəbi” təşkil ediləcək

15 aprel, 14:40

Buraxılış qiymətləndirmə monitorinqinin düzgün cavabları açıqlanıb

15 aprel, 14:38

STEAM mərkəzlərində yeni təlim qruplarına qeydiyyat başladı

15 aprel, 13:54

BSU-da özbək dili tədris ediləcək

15 aprel, 13:43

Pedaqoji Universitetdə “Fizika günü” keçirilib

15 aprel, 13:40

BSU-da tədrisin idarə edilməsi tamamilə elektronlaşdırılacaq

15 aprel, 13:36

"Konstitusiya və Suverenlik İli"nə həsr olunan tədbir keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.