Bütün xəbərlər
7 aprel, 09:52

“Dünyada universitetlər yalnız tədrislə məşğul olan strukturlar deyil, elmin və innovasiyanın inkişaf etdiyi mərkəzlər kimi çıxış edirlər. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti də bu istiqamətdə ardıcıl addımlar atır”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında ADNSU-nun rektoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizov bildirib. O qeyd edib ki, universitetdə elmin təhsillə inteqrasiyası istiqamətində son illər əhəmiyyətli irəliləyişlər əldə olunub və bu, həm yerli, həm də beynəlxalq elmi göstəricilərdə öz əksini tapır.

Onun sözlərinə görə, 2018–2024-cü illər ərzində universitetin “Scopus” və “Web of Science” kimi nüfuzlu beynəlxalq bazalarda dərc olunmuş elmi məqalələrinin və onlara olan istinadların sayı mütəmadi olaraq artıb. “2018-2024-cü illərdə “Scopus”da çap olunan məqalə sayı müvafiq olaraq 98, 158, 200, 242, 285, 459, 541, “Web of Science” indeksləmə sistemində isə 100, 126, 148, 122, 151, 250, 259 olub. Bu, təsadüfi artım deyil, sistemli elmi fəaliyyətin nəticəsidir”.

Elmin maliyyələşməsinə toxunan rektor, qeyd edib ki, elmə ayrılan maliyyələşmənin artması ilə elmi fəaliyyətin artdığını müşahidə edirik. 2025-ci ildə artıq 207 əməkdaşımız elmi fəaliyyətə görə diferensial əməkhaqqı almaqdadır, universitet bunun üçün büdcədə 2,5 milyon manatdan artıq vəsait nəzərdə tutub. Ortalama həmin əməkdaşların maaşlarının təxminən 30%-i artıq elmi fəaliyyət nəticələri əsasında formalaşır. Növbəti illərdə qeyd olunan hər bir göstəricinin artmasını hədəfləyirik. Növbəti mərhələdə diferensial əməkhaqqı sistemi elmi nəticələr ilə yanaşı, onların keyfiyətinin artması (istinad sayı), komersiyalaşması, innovativ məhsula çevrilməsi və elmi tədqiqatlarla bağlı vəsait cəlb olunması meyarlarını da əhatə edəcəkdir. 

Rüfət Əzizov bildirib ki, ötən illə müqayisədə “Scopus” bazasında istinad sayı 46%, məqalə sayı isə 18%, “Web of Science”də isə istinad sayı 21%, məqalə sayı 8% artıb. Universitetin H-indeksi üzrə göstəriciləri də nəzərə çarpacaq dərəcədə yüksəlib: “"Scopus"da H-indeksimiz 37-dən 48-ə qalxıb. “Web of Science”də 34-dən 39-a, “Google Scholar”da isə 42-dən 53-ə yüksəlib. Bu artım təkcə rəqəmlə deyil, mahiyyətcə universitetin elmi nüfuzunun göstəricisidir. Hazırda 35 əməkdaşımızın “Scopus”da H-indeksi 5-dən yüksəkdir”.

O əlavə edib ki, elmi fəaliyyətin təşkilində prioritet istiqamətlər müəyyən edilib və bu, tədqiqatların keyfiyyətinə birbaşa təsir göstərir. “2024-cü ildə 22 kafedra və 2 elmi-tədqiqat laboratoriyasında 41 mövzu üzrə elmi iş aparılıb. Nəticədə 2518 elmi əsər nəşr olunub, 7 mühüm elmi nəticə əldə edilib”.

Rəqəmlərlə yanaşı, keyfiyyət məsələsi də diqqətdə saxlanılır. Rektorun sözlərinə görə, 5401 elmi-metodik iş plagiat yoxlamasından keçirilib və onlardan 19%-də plagiat faktı aşkarlanıb: “Bu da sistemli nəzarət mexanizminin bir hissəsidir. Plagiatla mübarizə və əqli mülkiyyətin qorunması universitetin dəyişməz prinsipləridir”.

Universitetdə fəaliyyət göstərən 3 Dissertasiya Şurasında son bir ildə 21 dissertasiya müdafiəsi həyata keçirilib. “Eyni zamanda 15 əməkdaşımız fəlsəfə doktoru, 4 nəfər elmlər doktoru dərəcəsi, 6 nəfər dosent, 3 nəfər isə professor elmi adı alıb. Bu, universitetin elmi kadr potensialının gücləndirilməsi baxımından mühüm göstəricidir”.

Rektorun sözlərinə görə, ADNSU beynəlxalq əməkdaşlığa da xüsusi önəm verir. Qeyd edək ki, 2024-cü il noyabrın 18-də QS nümayəndələri ilə keçirilən görüşdə universitetimizin elmi və pedaqoji fəaliyyətinə yüksək qiymət verildi. QS reytinqinin “Dayanıqlılıq 2025” nəticələrinə əsasən, ADNSU Azərbaycan üzrə 3-cü, dünya üzrə isə 1351–1400-cü yerdə qərarlaşdı. Bununla yanaşı, “Green Metric World University Rankings 2024”də ADNSU Azərbaycanda 5-ci, dünyada 788-ci yerə layiq görüldü və 2025-ci il üçün “Times Higher Education” dünya reytinqində 1501+ qrupunda yer aldı.

Ən diqqətçəkən uğurlardan biri də ADNSU-nun ilk dəfə olaraq “İnterdisiplinar Elm Reytinqi 2025” sıralamasına daxil olmasıdır. Rektor deyir ki, universitet bu reytinqdə 201–250-ci yer diapazonunda qərarlaşıb: “Bu siyahıda iştirak bizim üçün strateji əhəmiyyət daşıyır. Reytinqdə resurslar üzrə 19,2 bal, idarəetmə və tanınma mexanizmləri üzrə 83,3 bal, elmi nəticələr üzrə isə 40,3 bal toplamışıq. Bu göstəricilər universitetimizin interdisiplinar tədqiqatlara verdiyi töhfəni nümayiş etdirir”.

Rüfət Əzizov ADNSU-nun “AD Scientific Index 2025” reytinqində də yüksək mövqedə olduğunu bildirib: “Universitetimiz Azərbaycan üzrə 2-ci, Asiya üzrə 2361-ci, dünya üzrə isə 5558-ci yerdə qərarlaşmışdır. Bu nəticə elmi fəaliyyətimizin miqyasını və davamlılığını göstərir”.

Patent-lisenziya sahəsində də nəticələr var. 2024-cü ildə 5 ixtira üzrə iddia sənədi təqdim olunub, 7 patent alınıb. Bundan əlavə, 2020–2025-ci illərdə universitet 4 milli, 5 beynəlxalq qrant layihəsi həyata keçirib. Elmi əməkdaşlıq ABŞ, Türkiyə, Britaniya, Rusiya, Polşa, Belarus, Qazaxıstan, Monteneqro, Əlcəzair, Özbəkistan və Misir kimi ölkələrlə qurulub.

Rektor ADNSU-nun nəzdindəki UFAZ-ın fəaliyyətinə də toxunub: “UFAZ-da Kimya mühəndisliyi, Data elmi və süni intellekt, Yer elmləri üzrə magistratura və doktorantura proqramları uğurla davam edir. Bu il yeni ixtisas – “Su ehtiyatlarının idarə edilməsi” üzrə qəbul planlaşdırılır. UFAZ məzunları Strasburq Universiteti ilə birgə PhD proqramlarına qəbul olaraq, tədqiqatlarını Fransada və Azərbaycanda davam etdirmək imkanına malikdirlər”.

Onun fikrincə, ADNSU-da doktorant və magistrantların elmi fəaliyyətə cəlb olunması, onların müasir tədqiqatlara çıxışı və dəstəklənməsi universitetin tədqiqat yönümlü ali məktəbə çevrilməsi yolunda mühüm addımlardır.

Rüfət Əzizov sonda vurğulayıb ki, elmi və təşkilati göstəricilərdə əldə olunan bu nəticələr təsadüfi deyil: “Biz elmə, innovasiyaya, beynəlxalq əməkdaşlığa əsaslanan inkişaf yolunu seçmişik. Qarşıdakı illərdə ADNSU-nun tədqiqat universitetinə çevriləcəyinə tam əminik. Bununla bağlı tədqiqat laboratoriyalarının yenilənməsi, yeni tədqiqat institutlarının qurulması və gənclərin elmə cəlb olunması proqramları nəzərdə tutulur”.

Şərhlər

Xəbər lenti

11 aprel, 18:18

Bakı Avrasiya Universitetində “TələbəPlus” ilə bağlı məlumat sessiyası keçirilib

11 aprel, 17:55

Parlaq nəticə: Hədəfi olan gənclərin hekayəsi

11 aprel, 17:42

“Müasir metodist” layihəsi çərçivəsində müsahibə mərhələsi davam edir

11 aprel, 17:38

ADPU tələbələri “Piroqov” interaktiv cihazı ilə tanış olublar

11 aprel, 17:27

"Buraxılış imtahanından sonra şagirdləri məktəbə cəlb etmək çətin olur"

11 aprel, 17:02

Gəncə Dövlət Peşə Təhsili Mərkəzində ofisiant və barmen ixtisasları təlimlər başa çatıb

11 aprel, 16:45

BDU və “Bayraktar Texnologiya Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb

11 aprel, 16:38

IV və VI siniflərdə monitorinqin sınaq mərhələsi keçiriləcək

11 aprel, 16:32

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə 1552 layihə təqdim edilib

11 aprel, 15:46

8-ci sinif şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılıb

11 aprel, 15:41

Kimisi üçün sürpriz, kimisi üçün gözlənilən oldu – Ən yüksək bal toplayanlarla söhbət

11 aprel, 15:35

““Scopus” bazasında məqalələrin nəşri” mövzusunda elmi-praktik seminar keçirilib

11 aprel, 15:33

AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru Yeni Klinikada master-klas keçib

11 aprel, 15:05

Dünya üzrə müəllimlər otağı

11 aprel, 14:43

RFO-da riyaziyyat fənni üzrə 9 sual səhv olub? – ARTİ aydınlıq gətirdi

11 aprel, 14:35

Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq

11 aprel, 14:10

Rektor: Tibb təhsili sahəsində kurikulum məzmununun qurulması hədəflərimizdəndir

11 aprel, 13:34

İnklüziv təhsildən inklüziv cəmiyyətə – BSU-da beynəlxalq konfrans 

11 aprel, 13:21

Gənclər üçün müdafiə sənayesi sahəsində yeni proqrama start verilib

11 aprel, 12:51

Tovuzda halı pisləşən şagirdlər evə buraxılıblarAÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.