Bütün xəbərlər
11 aprel, 15:41

Ötən gün martın 2-də XI sinif üzrə keçirilmiş buraxılış imtahanının  nəticələri açıqlanıb. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplayaraq ən yüksək nəticə əldə ediblər. Onlardan 8-i Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərin şagirdləridir. Həmin şagirdlər “Azərbaycan müəllimi” ilə öz təəssüratlarını bölüşüblər. Onları tanıyaq.

“Məni oxumağa ən çox atam ruhlandırıb”

Bakı şəhəri 91 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Şəhanə Abbasova buraxılış imtahanında 300 bal toplayaraq həm özünü, həm də ailəsini qürurlandırıb. O, nəticələrini öyrəndiyi anı belə xatırlayır: “Balımı öyrənəndə sevincimin həddi-hüdudu yox idi. Düzünü desəm, yaxşı nəticə gözləyirdim, amma 300 bal toplamaq başqa bir duyğudur. Göz yaşlarımı saxlaya bilmədim”.

Səmimi inam, dayanmadan çalışma və sevgi ilə atılan hər addım uğura çevrilə bilər. Şəhanənin uğuru isə sadəcə yüksək bal deyil, həm də bir arzunun gerçəyə çevrilməsidir. Uğurlarına görə ən çox ona motivasiya verən atasına borcludur: “Uşaqlıqdan məni oxumağa ən çox atam ruhlandırıb. Hər zaman yanımda olub, uğurlarıma mənim qədər sevinib”.
Onun riyaziyyata marağı kiçik yaşlarında yaranıb. Eyni zamanda, fərqli janrlarda kitablar oxumaq onun sevdiyi məşğuliyyətlərindəndir. Bu maraqlar onu həm akademik, həm də şəxsi inkişaf yolunda irəli aparıb. Məktəb illərində Respublika fənn olimpiadaları və müxtəlif bilik yarışlarında iştirak edən Şəhanə hazırda I ixtisas qrupu üzrə qəbul imtahanına hazırlaşır. Əsas məqsədi Bakı Ali Neft Məktəbinə qəbul olmaqdır.

“Ankara və ya İstanbul universitetlərinin Tibb fakültələrində oxumağı planlaşdırıram”

Bakı şəhəri 37 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Mədinə İsmayılzadə 300 balı il boyu məqsədyönlü və ciddi şəkildə hazırlaşması sayəsində toplayıb.
“Bu nəticəni gözləyirdim,” – deyə o, sevincini bölüşür: “Çünki il boyu planlı və sistemli şəkildə hazırlaşmışdım. Balımı öyrənəndə çox sevindim. Ailəm də bu uğuruma görə mənimlə qürur duydu. Onlara bu sevinci yaşatdığım üçün çox xoşbəxtəm”.

Mədinənin ən böyük arzusu tibb təhsili almaq və gələcəkdə faydalı bir həkim kimi yetişməkdir. Bu istək onu daim öyrənməyə və üzərində çalışmağa həvəsləndirib: “Xüsusilə Ankara və ya İstanbul universitetlərinin Tibb fakültələrində oxumağı planlaşdırıram. Uşaqlıqdan bəri anatomiya və biologiyaya böyük marağım olub. Kitab oxumaq, musiqi dinləmək və təbiətdə vaxt keçirmək sevdiyim məşğuliyyətlərdəndir”.

Mədinə fəal şagirddir, müxtəlif elm və bilik yarışlarında iştirak edib. Bu fəaliyyətlər ona yalnız bilik qazandırmayıb, həm də özünəinamını artırıb.

“Məni ən çox motivasiya edən sevdiklərimin inamı və sınaq imtahanlarında topladığım nəticələr oldu”

3-cü ixtisas qrupunu seçdiyi gündən  yüksək bal toplamağı qarşısına məqsəd qoyan Gülay Mürvətova Bakı şəhəri 54 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir. Valideynlərinin və müəllimlərinin də onun yüksək bal yığacağına tam əmin olduğunu deyir: “300 bal toplamağım mənim üçün çox qürurverici idi. Bütün yaxınlarım sevincimə şərik oldular”.

Hədəfi gələcəyin ən yaxşı hüquqşünaslarından biri olmaq, arzusu isə Dövlət İdarəçilik Akademiyasında Hüquq fakültəsində təhsil almaqdır: “Uşaqlıqdan rəsm çəkmişəm, boş zamanlarımda onunla məşğul olurdum. Eyni zamanda, asudə vaxtlarımı kitab oxumaq, film izləmək kimi əyləncələrə sərf edirəm. Amma dərslərlə əlaqədar bir müddətlik hobbilərimə də ara verməli oldum. Məni ən çox motivasiya edən sevdiklərimin inamı və sınaq imtahanlarında topladığım nəticələr oldu”.

Gülay tarix və informatika üzrə müsabiqələrdə iştirak edib. Hər bir müsabiqə ona yeni biliklər və təcrübələr qazandırıb.

“Məqsədim texnologiyanın inkişafına töhfə verməkdir”

Bakı şəhəri 68 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rəhim Fərəczadə I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşır. Onun əsas hədəfi Bakı Ali Neft Məktəbində “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil almaqdır. O, blok imtahanından sonra universitet seçimi ilə bağlı daha dəqiq qərar verəcəyini, lakin hazırda seçiminin bu istiqamətdə olduğunu bildirib: “Əsas məqsədim ölkədə texnologiyanın inkişafına töhfə vermək, yaşıdlarımla birlikdə ölkəmizə yeniliklər gətirməkdir. Uşaqlıqdan idmana marağım olub, xüsusilə basketbolla həvəskar səviyyədə məşğul olmuşam. Hazırda imtahanlara görə bu fəaliyyətimə fasilə vermişəm. Boş vaxtlarımda detektiv janrında kitablar oxumağı sevirəm. Ən sevdiyim müəllif Aqata Kristidir”.

Rəhim deyir ki, oxumağında əsas motivasiya mənbəyi valideynlərinin ona olan inamıdır: “Onların etimadını doğrultmaq üçün bütün potensialımı ortaya qoymağa çalışıram. Yüksək nəticə əldə etmək üçün əzmlə çalışıram”.

Hazırda Rəhim “Python” proqramlaşdırma dili ilə də məşğul olur. Bu biliklər abituriyentlərə blok imtahanında informatika fənni üzrə açıq və qapalı sualların cavablandırılmasında mühüm rol oynayır: “Açıq tipli suallarda verilmiş məsələnin “Python” dili ilə düzgün şəkildə icra olunması tələb olunur. Qapalı suallarda isə nəzəri biliklər yoxlanılır”.

Abituriyentlərə isə hər zaman özləri üzərində çalışmalı olduğunu tövsiyə edir: “Hər kəs qarşısına konkret bir hədəf qoymalı və ona doğru inamla irəliləməlidir. Uğursuzluqlarla qarşılaşsalar belə, heç vaxt ümidlərini itirməsinlər!”

“300 bal toplamaq mənim üçün sürpriz olmadı”

295 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tovuz Seyidova əvvəldən imtahandan yüksək nəticə gözlədiyini deyir. O bildirib ki, imtahandan çıxarkən yazdıqlarının doğru olduğuna tam əmin idi: “Evdə düzgün cavabları yoxlayanda gördüm ki, sualların hamısını meyarlara uyğun cavablandırmışam. 300 bal toplamaq mənim üçün sürpriz olmadı, amma bu nəticəni başqaları ilə paylaşmaq istəmirdim. Buna görə də heç kimə demədim. İstədim ki, cavablar açıqlananda bilsinlər. Nəticələr açıqlananda çox sevindim. Əvvəlcə atama, sonra isə müəllimlərimə zəng etdim. Onlar uğuruma məndən daha çox sevinmişdilər. Bu sevinci onlara yaşatdığım üçün özümlə fəxr etdim”.

Tovuzun sözlərinə görə, onu daim oxumağa və irəliləməyə motivasiya edən insanlar məhz valideynləri və müəllimləri olub: “Onların inamı və dəstəyi mənə hər zaman motivasiya verib. Bu yolda tək olmadığımı bilmək mənə güc verir”.

Gələcəkdə kompüter mühəndisi olmaq istəyən Tovuz repetitor yanına getmədən 1-ci ixtisas qrupu üzrə imtahanlara hazırlaşır və məqsədi Bakı Ali Neft Məktəbində təhsil almaqdır. 
O deyir ki, uşaqlıqdan ən çox maraq göstərdiyi fənn riyaziyyat olub: “Riyaziyyatı heç vaxt məcburiyyətdən oxumamışam. Həmişə zövq alaraq çalışmışam. Bu fənn mənə düşünməyi, analiz etməyi öyrədib”.

Tovuzun maraq dairəsinə həmçinin kitab oxumaq və xarici dil öyrənmək daxildir: “Fərqli dilləri öyrənmək insana yeni dünyaların qapısını açır. Daha çox informasiya toplamağa və dünyagörüşü genişləndirməyə imkan verir. Məktəb illərində bir çox yarışlarda iştirak etmişəm və bu təcrübələr mənə müsbət təsir göstərib. Hər yarış yeni bir təcrübə deməkdir. Bu fəaliyyətlər məni daha da gücləndirib və özümə inam hissi qazandırıb”.

Şərhlər

Xəbər lenti

12 aprel, 18:07

Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyən gənclərin NƏZƏRİNƏ!

12 aprel, 16:45

Samir Babayev: Altı illik Tibb və dörd illik Tibb bacısı təhsili bu il başlanır

11 aprel, 21:00

300 balı necə topladılar? – Ən yüksək nəticə göstərənlər uğur sirlərini açıqladılar

11 aprel, 19:42

Məhkəmə işdən çıxarılan bağça müdirinin iddiasını təmin etməyib

11 aprel, 18:18

Bakı Avrasiya Universitetində “TələbəPlus” ilə bağlı məlumat sessiyası keçirilib

11 aprel, 17:55

Parlaq nəticə: Hədəfi olan gənclərin hekayəsi

11 aprel, 17:42

“Müasir metodist” layihəsi çərçivəsində müsahibə mərhələsi davam edir

11 aprel, 17:38

ADPU tələbələri “Piroqov” interaktiv cihazı ilə tanış olublar

11 aprel, 17:27

"Buraxılış imtahanından sonra şagirdləri məktəbə cəlb etmək çətin olur"

11 aprel, 17:02

Gəncə Dövlət Peşə Təhsili Mərkəzində ofisiant və barmen ixtisasları təlimlər başa çatıb

11 aprel, 16:45

BDU və “Bayraktar Texnologiya Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb

11 aprel, 16:38

IV və VI siniflərdə monitorinqin sınaq mərhələsi keçiriləcək

11 aprel, 16:32

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinə 1552 layihə təqdim edilib

11 aprel, 15:46

8-ci sinif şagirdi məktəbin ikinci mərtəbəsindən yıxılıb

11 aprel, 15:35

““Scopus” bazasında məqalələrin nəşri” mövzusunda elmi-praktik seminar keçirilib

11 aprel, 15:33

AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun direktoru Yeni Klinikada master-klas keçib

11 aprel, 15:05

Dünya üzrə müəllimlər otağı

11 aprel, 14:43

RFO-da riyaziyyat fənni üzrə 9 sual səhv olub? – ARTİ aydınlıq gətirdi

11 aprel, 14:35

Məktəblilərimizin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.