Bütün xəbərlər
16 may, 16:09

Məlum olduğu kimi, 2025-ci il 4 may tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, imtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib. Cari ilin məzunları 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), əvvəlki illərin məzunları isə şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 27337 nəfərdən 433 nəfər imtahana gəlməyib.

Cari ildə məzun olan iştirakçıların toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 29 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər. İkinci imtahana qeydiyyat 22 may - 10 iyun tarixlərində aparılacaq.

Xatırladaq ki, ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanından (4 may və ya 29 iyun) məqbul qiymət alan abituriyentlər iştirak edə bilərlər.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 may saat 10:00-dan 22 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

  • Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
  • Şagirdlərin (abituriyentlərin) müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
  • Şagirdlərin (abituriyentlərin) apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra iştirakçılar apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl iştirakçılar DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İştirakçıların nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.

Şərhlər

Xəbər lenti

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da geologiya muzeyinin açılışı olub

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

16 may, 17:56

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

16 may, 17:43

ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib

16 may, 17:40

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

16 may, 17:36

“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar

16 may, 17:10

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir 

16 may, 17:06

I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb

16 may, 16:57

Narkomaniya və cinayətkarlıq: Gənclər hüququ öyrənirlər

16 may, 16:53

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

16 may, 16:39

İmtahan zamanı bildiklərimizi niyə unuduruq?

16 may, 16:26

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

16 may, 16:02

Peşəsini sevərək seçənlər: Gələcəyin ustaları - REPORTAJ

16 may, 15:25

BDU tələbələri narkomaniyanın fəsadları barədə maarifləndirilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.