Bütün xəbərlər
16 may, 17:10

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı ilə “Gənclərin Peşə Bələdçisi” layihəsi çərçivəsində düşərgə mərhələsinə start verilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, layihə gəncləri effektiv şəkildə peşə təhsilinə cəlb etmək, onların motivasiyasını artırmaq, bacarıqları və əmək bazarı ehtiyacları arasında körpü yaratmaq üçün “gənclərin peşə bələdçilərini” formalaşdırmağı hədəfləyir.

Lənkəranda keçirilən düşərgədə Respublikanın 16 müxtəlif regionundan 25 multiplayer iştirak edir. 4 günlük düşərgə çərçivəsində iştirakçılar üçün bir sıra praktiki və nəzəri təlimlər keçirilir. Təlimlərdə multiplayerlərə əmək bazarının tələbləri, peşə seçiminin əhəmiyyəti, karyera planlaşdırılması və müasir peşə imkanları barədə ətraflı məlumatlar təqdim olunur.

Layihənin innovativ sessiyalarından biri olan “Peşə kitabxanası” metodu vasitəsilə şagird və valideynlərin peşə sahibləri ilə birbaşa görüşləri təşkil olunub. Bu görüşlər zamanı iştirakçılar real təcrübələr əsasında peşələr haqqında daha dolğun və obyektiv təsəvvür formalaşdıra bilib. Eyni zamanda, iştirakçılar regionda fəaliyyət göstərən peşə müəssisələrinə təhsil səfərləri edərək praktiki mühitlə yerində tanış olub.

Layihə iştirakçıları ilə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədr müavini, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə arasında görüş də təşkil edilib.

Görüş zamanı elm, təhsil və gənclərin karyera inkişafı ilə bağlı müxtəlif maraqlı məsələlər müzakirə olunub, iştirakçıların ünvanladığı suallar cavablandırılıb, onların təklif və fikirlərinə münasibət bildirilib. Tədbir gənclərin maarifləndirilməsi və peşə yönümündə dəstək məqsədi daşıyan layihənin mühüm mərhələlərindən biri kimi yadda qalıb.

Qeyd edək ki, layihə mərhələli şəkildə həyata keçirilir və düşərgədən əvvəl iştirakçılar üçün mütəxəssislər tərəfindən multiplayerlər üçün “Əmək bazarının analizi, gələcəyin peşə və bacarqıları”, “Peşə təhsili iqtisadiyyatı və sənaye müəssisələrində peşə işçiləri”, “Peşə bələdçisi üçün ünsiyyət bacarığı” mövzularında onlayn təlimlər baş tutub.

Təlimlər proqramı başa çatdıqdan sonra iştirakçılar paytaxt və bölgələrə göndəriləcək və burada təhsilini davam etdirə bilməyən qızlarla, məktəblilərlə və digər gənclərlə, eyni zamanda valideynlərlə birbaşa görüşlər keçirəcəklər. Bu görüşlərdə ilkin məlumat sessiyaları ilə yanaşı, fərdi diaqnostika, bacarıq kəşfi və peşə yönləndirmə sessiyaları təşkil ediləcəkdir.

Layihənin davamlılıq hissəsində iştirakçılar bölgələrdəki gənclərlə qurulan əlaqələr vasitəsilə peşə təhsilinin əhəmiyyəti barədə məlumatlandırma prosesini aparacaq, bəzən onlayn sessiyalar keçirərək dəstəyi davam etdirəcəklər.

Nəhayət, layihəyə cəlb olunmuş tərəfdaşların vasitəsilə maarifləndirmə prosesinin uzun müddət aparılması, eləcə də peşə təhsili marağında olan gənclərin dəstəklənməsi davam edəcəkdir.

1 /14

Şərhlər

Xəbər lenti

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da geologiya muzeyinin açılışı olub

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

16 may, 17:56

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

16 may, 17:43

ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib

16 may, 17:40

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

16 may, 17:36

“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar

16 may, 17:06

I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb

16 may, 16:57

Narkomaniya və cinayətkarlıq: Gənclər hüququ öyrənirlər

16 may, 16:53

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub

16 may, 16:39

İmtahan zamanı bildiklərimizi niyə unuduruq?

16 may, 16:26

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

16 may, 16:09

Mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub

16 may, 16:02

Peşəsini sevərək seçənlər: Gələcəyin ustaları - REPORTAJ

16 may, 15:25

BDU tələbələri narkomaniyanın fəsadları barədə maarifləndirilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.