Bütün xəbərlər
16 may, 16:53

İtaliyanın Siena Əcnəbilər Universitetinin rektoru professor Tomaso Montanarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

Bu barədə “Azərbaycan müəllimi”nə AzMİU-dan məlumat verilib. 

Bildirilib ki, “dəyirmi masa” ətrafında təşkil olunan görüşdə qonaqlara AzMİU-nun fəaliyyəti, tədris strukturu və beynəlxalq əlaqələri barədə məlumat verilib. Tədris işləri üzrə prorektor Akif Qasımov bildirib ki, memarlıq və inşaat təhsili sahəsində ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan AzMİU-nun məzunları ölkənin inkişafında mühüm rol oynayır. Hazırda universitetdə 600-dən artıq professor-müəllim çalışır və tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Memarlıq və dizayn ixtisaslarında italyan dili də tədris olunur.

Prorektor qeyd edib ki, universitetdə italyan dilinin tədrisinə xüsusi diqqət ayrılır və bu istiqamətdə tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması əsas prioritetlərdəndir.

Rektor Tomaso Montanari çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, akademik strukturu və beynəlxalq əlaqələri barədə məlumat verib. O, AzMİU ilə qurulacaq tərəfdaşlıqdan məmnunluğunu ifadə edərək, xüsusilə memarlıq və dizayn sahəsində italyan dilinin tədrisinə dəstək verə biləcəklərini və bu sahədə əməkdaşlığa açıq olduqlarını bildirib.

Tərəflər görüş zamanı əsas diqqəti AzMİU-da italyan dilinin tədrisinə yönəldərək bu sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Danışıq zamanı dil kurslarının təşkili, yay və qış məktəblərinin keçirilməsi, tədris resurslarının təkmilləşdirilməsi və müəllim-tələbə mübadiləsi kimi istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

1 /3

Şərhlər

Xəbər lenti

16 may, 22:11

ADNSU-da “Brain Ring” intellektual yarışı keçirilib

16 may, 22:03

BDU-da geologiya muzeyinin açılışı olub

16 may, 20:19

Məktəblilərimiz ABŞ-də bürünc medal qazandılar

16 may, 18:18

Rektor ADPU-nu robot olimpiadasında təmsil edən komandanın üzvləri ilə görüşüb

16 may, 18:15

Dərsi muzeydə keçmək olar

16 may, 18:06

AzMİU-da "Sağlam həyat – sağlam gələcək” adlı maarifləndirmə aksiyası keçirilib 

16 may, 18:00

RFO-da qalib sayına görə fərqlənən ən yaxşı məktəblərin adları açıqlandı – SİYAHI

16 may, 17:56

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

16 may, 17:43

ADPU-nun Şamaxı filialında elmi-nəzəri konfrans keçirilib

16 may, 17:40

Nəvai Dövlət Universitetinin müəllimləri ADPU-da təcrübə keçiblər

16 may, 17:36

“Zəkaların mübarizəsi” olimpiadasının iştirakçıları ekskursiya olublar

16 may, 17:10

Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir 

16 may, 17:06

I sinfə 10 gün ərzində 102.500 uşağın sorğusu tamamlanıb

16 may, 16:57

Narkomaniya və cinayətkarlıq: Gənclər hüququ öyrənirlər

16 may, 16:39

İmtahan zamanı bildiklərimizi niyə unuduruq?

16 may, 16:26

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

16 may, 16:09

Mayın 4-də keçirilən test imtahanının nəticələri elan olunub

16 may, 16:02

Peşəsini sevərək seçənlər: Gələcəyin ustaları - REPORTAJ

16 may, 15:25

BDU tələbələri narkomaniyanın fəsadları barədə maarifləndirilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.