
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Qərbi Azərbaycana qayıdış:İrəvanda maarifçilik hərəkatının tatixi-mədəni əsasları” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, konfransı filianın direktoru dos.Tünzalə Yusifova açaraq, son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən faciələrdən, soyqırımılarından, deportasiyalardan danışıb. Qərbi Azərbaycan məsələsinin həmişə gündəmdə olduğunu, zəfərlə başa çatan 44 günlük Vətən Müharibəsindən sonra bu məsələnin daha da aktuallaşdığını dilə gətirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində yaxın zamanlarda Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacaqlarına inandığını bildirib.
Konfransda ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor,Əməkdar elm xadimi Fərrux Rüstəmov “XIX əsrdə və XX əsrin əvvəllərində İrəvanda maarifçilik hərəkarı” mövzusunda məruzə edib. Natiq çıxışında XIX əsrin əvvəllərində millətimizin milli faciəsinin əsasına çevrilən Kürəkçay, Gülüstan, Türkmənçay müqavilərinin mahiyyətindən, ermənilərin Qərbi Azərbaycana (indiki Ermənistan ərazisinə) köçürülmələridən, demoqrafik balansın pozulmasında rusların yeritdiyi siyasətdən danışıb.
Məruzədə ruslaşdırma, xristianlaşdırma və rusiyalaşdırma siyasətini həyata keçirməyə çalışan çar Rusiyasının bu bölgədə açdığı dünyəvi məktəblərin (qəza məktəbi, progimnaziya, gimnaziya, müəllimlər seminariyası, rus-tatar-Azərbaycan) tarixindən və taleyindən bəhs edilib. İrəvandakı marifçilik hərəkatının milli-mədəni qaynaqlarını şərh edən prof.F.Rüstəmov bu hərəkatın formalaşmasında Azərbaycan xalqının zəngin elmi-mədəni və folklor ənənələrinin, İslam Şərqinin elmi-fəlsəfi irsinin (xüsisilə məktəb və mədrəsələrin) və o dövrün ictimai-siyasi proseslərinin mühüm rol oynadığını vurğulayıb. Qeyd edilib ki, İrəvan maarifçilik mühitinin Azərbaycana bəxş etdiyi böyük din xadimlərinin, maarifçilərin, ziyalıların öz fəaliyyətləri ilə yalnız dini və dünyəvi təhsilin inkişafına deyil, həm də milli-mədəni kimliyin qorunub saxlanmasına və yeni nəsillərin maariflənməsinə dəyərli töhfələr verib.
Sonra ADPU-nun Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının professoru, filologiya elmləri doktoru, Əməkdar müəllim Yaqub Babayav “Professor Fərrux Rüstəmovun Qərbi Azərbaycanın təhsil tarixi ilə bağlı tədqiqatları” mövzusunda çıxış edərək, onun “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” (2022) və “İrəvan kişi gimnaziyası və onun azərbaycanlı məzunları” (2024) kitablarının məziyyətlərindən danışıb.
Konfrasdan sonra prof.Fərrux Rüstəmov filialın professor-müəllim heyəti ilə dəyirmə masada görüşərək müəllimlik ixtisasları ilə bağlı yeni nəsil Təhsil proqramlarının hazırlanmasına verilən tələblərdən, gələcək müəllimlərdə formalaşdırılmalı olan peşə kompetensiyalarından danışıb, ünvanlanan sualları cavablandırıb.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər