.jpg)
Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmətin təşkili ilə bağlı monitorinqlər davam edir.
“Azərbaycan müəllimi” xəbər verir ki, növbəti monitorinqlər 14-16 may tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), Abşeron-Xızı Regional Təhsil İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində aparılıb.
Monitorinq çərçivəsində ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistlərin, eləcə də onların əməkdaşlıq etdiyi müəllimlərin dərsləri müşahidə olunub. Dərs müşahidələrindən sonra metodistlər tərəfindən müəllimlərə verilən əks-əlaqə prosesi əvvəlcədən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib. Bununla yanaşı, keçirilən metodik görüşlər də izlənilib.
Monitorinqlərin nəticələrinə əsasən metodistlərin fəaliyyəti təhlil olunub və müşahidələrin nəticələri müzakirə edilib. Görüşlər zamanı metodistlərin güclü tərəfləri qeyd edilib, inkişaf ehtiyacı olan sahələr üzrə tövsiyələr verilib.
Qeyd edək ki, metodik xidmətin təşkili üzrə metodistlərin fəaliyyətinə dair monitorinqlər digər ümumi təhsil müəssisələrində də davam etdirilir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər