
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin tələbələri fakültənin dekan müavini dos. Bəsti Əsədovanın rəhbərliyi ilə “Aesthetic & Wellness World Academy”də (AWWA) qonaq olublar.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, əvvəlcə tələbələr “Piroqov” kompleksi və cihazın iş prinsipi ilə tanış olublar. Qeyd edilib ki, “Piroqov”un 3D kompleksi müasir dövrün artırılmış reallıqlardan istifadə tələbinə uyğun olaraq anatomiya fənninin elmi, interaktiv və əyləncəli formada tədrisini və öyrənilməsini reallaşdırır.
Daha sonra tələbələr 5 mərhələli bilik yarışında iştirak ediblər. Yarışın sonunda “AWWA”nın direktoru Validə Cəlilova dos. Bəsti Əsədovaya təltifnamə, yarışda iştirak edən tələbələrə isə sertifikat təqdim edib.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər