
“Bu il Azərbaycandan olan məktəblilərin hazırladığı ilk kosmik peyk orbitə buraxılacaq”.
“Azərbaycan müəllimi” “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu “Azərkosmos”un nəzdində Kosmik Akademiyanın rəhbəri İmran Muxtarov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, peyk “SpaceX” raketi vasitəsilə buraxılacaq: “Layihədə 41 məktəbdən 750 şagird iştirak edib. İlin sonunda “SpaceX” kosmik raketi ilə peykin kosmosa buraxılması, daha sonra onun idarə edilməsi məktəblilərə kosmos elmi sahəsində yeniliklərin araşdırılması baxımından böyük töhfə vermiş olacaq”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər