
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ölkədə ilk dəfə olaraq, ProQuest Dissertations & Theses Global (PQDT) platformasına qoşulub.
Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, platforma vasitəsilə UNEC tədqiqatçıları 3100-dən çox institutda istifadə olunan və 4 milyondan çox tədqiqatçı tərəfindən təhlil edilən 3,6 milyon tammətnli dissertasiyaya çıxış imkanı əldə edərək, yüksək keyfiyyətli akademik resurslarla tanış ola biləcəklər. Bu, tədqiqatçıların öz sahələrindəki ən son inkişafları izləməsini və ən yüksək istinad almış dissertasiyalara asanlıqla çatmasını təmin edəcək.
PQDT-də yerləşdirilən dissertasiyalar, “Web of Science”ın yeni “ProQuest™ Dissertations & Theses Citation Index” indeksinə daxil edilir və müəlliflərin “Web of Science” profilinə əlavə olunur.
UNEC-in PQDT platformasına qoşulması, universitetin beynəlxalq akademik əlaqələrini gücləndirmək və tədqiqat sahəsindəki uğurlarını daha da artırmaq məqsədini daşıyır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər