Bütün xəbərlər
20 may, 12:22

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Ölkələri tanıyaq və tanıdaq" mövzusunda silsilə tədbirlər keçirilib.

İdarədən “Azərbaycan müəllimi”nə bildirilib ki, paytaxtdakı 27 nömrəli tam orta məktəbdə təşkil olunan "Ölkələri tanıyaq və tanıdaq" layihəsinin əsas məqsədi ibtidai sinif şagirdlərini Azərbaycanla yanaşı digər ölkələrin tarixi, mədəniyyəti, incəsənəti, idmanı, adət-ənənələri barədə məlumatlandırmaqdan ibarətdir.

Belə ki, layihə çərçivəsində Çin, İngiltərə, Türkiyə, Avstriya, İsveç, Çexiya və digər ölkələrə həsr olunan tədbirlərdə Azərbaycanla həmin ölkələrin əlaqələrinin tarixindən, sürətlə inkişaf etdirilən əməkdaşlıqdan danışılıb.

Tədbirlərdə şagirdlərin ifasında Azərbaycanın və digər ölkələrin rəqsləri və adət-ənənələrini əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, ölkələrin sənət incilərinə, mədəni zənginliklərinə, milli mətbəxinə həsr olunan guşələrə baxış keçirilib.

Layihə çərçivəsində şagirdlər xarici ölkələrin zəngin mədəniyyəti, adət-ənənələri və həyat tərzini əks etdirən maraqlı çıxışlar təqdim ediblər.

Qeyd edək ki, ibtidai sinif şagirdlərinin fəal iştirakı ilə keçirilən tədbirlər onların dünyagörüşünün, təqdimat bacarıqlarının və mədəni dəyərlərə yanaşmasının formalaşmasına müsbət təsir göstərir.

1 /8

Şərhlər

Xəbər lenti

23 avqust, 20:34

Milli Qəhrəmanın oğlu tələbə oldu

23 avqust, 19:46

Hazırlığa getmədən 637 bal yığmışdı - Hüquqşünas olacaq

23 avqust, 18:09

“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 avqust, 15:04

BSU-da qəbul planı 99.3% yerinə yetirilib

23 avqust, 11:00

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı" günü keçirilib

23 avqust, 10:55

Talış və Sus məktəblərinin bütün məzunları tələbə adını qazandılar

22 avqust, 22:40

Lisey və gimnaziyalara qəbul imtahanının nəticələri elan edildi

22 avqust, 22:29

Ali məktəblərə ixtisas seçiminin nəticələri AÇIQLANDI

22 avqust, 22:18

Milyonlarla uşağın oynadığı bu oyun bir çox ölkədə qadağan edildi

22 avqust, 17:46

MDU-nun yeni korpus və hoteli tikiləcək 

22 avqust, 17:01

“Böyük Qayıdış” üçün növbəti təlimlər başa çatdı – 23 nəfər peşə sertifikatı aldı

22 avqust, 16:49

Beynəlxalq Məşqçilik Kursuna ilk dəfə azərbaycanlı qəbul olub

22 avqust, 16:44

Naxçıvanda MİQ üzrə müsahibə mərhələsi yekunlaşıb

22 avqust, 16:06

Kollecə qəbul olanlar üçün qeydiyyat müddəti uzadılıb 

22 avqust, 15:44

"Qarabağda təhsil almaq mənim üçün qürurdur" – İki olimpiada medalçısının seçimi

22 avqust, 15:33

TİF ilə İş adamları Cəmiyyətinin Milli Assosiasiyası arasında görüş keçirilib

22 avqust, 15:08

NDU-da innovasiya və davamlı inkişafla bağlı elmi konfrans keçiriləcək

22 avqust, 14:55

“Bizim üçün “Maarifçi” gələcəyin təhsil idarəçisidir” – Mentorlar üçün təlim

22 avqust, 14:21

ADNSU məzunu “Social Hackathon Umbria 2025”də birinci yerin qalibi olub

22 avqust, 13:35

Gəncə və Göygöldə yeni fəaliyyətə başlayacaq liseylərə müəllim qəbulu başlayır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.