Keçən il üzrə qeyri-formal (müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə təlim keçmək) və informal təhsilin (özünütəhsil yolu ilə biliklərə yiyələnmək) tanınması istiqamətində müraciət edənlərin sayı artıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Qeyd edilib ki, sənəd əldə edən müraciətçilərin sayına münasibətdə TKTA-nın öhdəliyi 2023-cü ilə (171 nəfər) nisbətdə 10 faizlik artımla 188 nəfər təşkil edib.
Belə ki, ötən il ümumilikdə 248 nəfər nəzəri imtahanda iştirak hüququ əldə edib. İştirakçılardan 199 nəfər məqbul, 49 nəfər isə qeyri-məqbul nəticə göstərib.
Növbəti mərhələdə praktiki imtahanda iştirak edən 191 namizəddən 2 nəfər qeyri-məqbul, 189 nəfər isə məqbul nəticə göstərərək peşə ixtisasını təsdiq edən müvafiq sənəd əldə edib. Bununla da, 2024-cü il üzrə Tədbirlər Planında göstərilən hədəf 100 faizlik nəticə ilə yekunlaşıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)