Bütün xəbərlər
9 sentyabr, 17:33

Özbəkistan ümumi orta təhsil sistemini 12 illik modelə keçirməyə hazırlaşır. 

“Azərbaycan müəllimi” xəbər verir ki, yenilik çərçivəsində 6 yaşlı uşaqlar üçün nəzərdə tutulan hazırlıq mərhələsi də məktəb strukturuna daxil ediləcək. Məqsəd ölkə təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq və məzunların xarici universitetlərə qəbulunu asanlaşdırmaqdır.

Özbəkistan məktəbəqədər və məktəb təhsili nazirinin müavini Sardor Rəcəbovun sözlərinə görə, artıq hazırlıq qrupları demək olar ki, bütün uşaqları əhatə edir və mərhələli şəkildə məktəb sisteminə inteqrasiya olunacaq. Onun fikrincə, bu dəyişiklik məzunların xarici universitetlərdə əlavə birillik “foundation” kurslarına ehtiyacını aradan qaldıracaq.

Rəsmi açıqlamaya əsasən, hazırkı 11 illik sistem beynəlxalq təcrübəyə uyğun gəlmir və məzunların ali təhsilə sistemli şəkildə hazırlanması üçün mexanizmlər zəifdir. Statistikaya görə, hər il 15 minə yaxın məzun xaricdə əlavə bir il təhsil almağa məcbur olur. Halbuki PISA 2022 nəticələrinə görə, ən yaxşı göstəricilərə malik 20 ölkənin 85 faizində ümumi təhsil 12 illikdir.

Yeni struktur belə olacaq:
– 1 il hazırlıq mərhələsi və 4 il ibtidai təhsil;
– 5 il əsas orta təhsil (5–9-cu siniflər);
– 2 il tam orta təhsil (məktəblərdə, akademik liseylərdə, hərbi məktəblərdə və ya texniki kolleclərdə).

Hazırlıq sinifləri 3666 məktəbdə və 1013 dövlət məktəbəqədər müəssisəsində təşkil olunacaq. Müəllimlərin hazırlıq mərhələsinə uyğun proqramlarla təlimi də nəzərdə tutulub.

İslahat nəticəsində Özbəkistan təhsil sistemi UNESCO-nun ISCED-2011 beynəlxalq standartlarına uyğunlaşdırılacaq. Bunun üçün “Təhsil haqqında” və “Məktəbəqədər təhsil və tərbiyə haqqında” qanunlara dəyişiklik ediləcək.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.