Bütün xəbərlər
17 iyul, 09:34

16 iyul 2025-ci ildə əmək bazarının tələblərinə uyğun kadr hazırlığını dəstəkləmək məqsədilə “Code Academy” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “CASA” və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İMZA GROUP və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında yeni əməkdaşlıqların əsasını qoyan Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, memorandum çərçivəsində birgə təhsil proqramlarının həyata keçirilməsi və tələbələr üçün praktik təcrübə imkanlarının yaradılması nəzərdə tutulur.

Qeyd edək ki, “Code Academy” ilə birgə həyata keçiriləcək proqram 1 illik ikili diplom modelinə əsaslanır. Proqram çərçivəsində tələbələr həm Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dövlət nümunəli diplomunu, həm də beynəlxalq sertifikasiyaya uyğun “Code Academy” diplomunu əldə edəcəklər. Tədris proqramına əmək bazarının tələblərinə uyğun yeni ixtisaslar – Qrafik dizayn və vizual kommunikasiyalar, Süni intellekt dəstəkli veb dizayn və proqramlaşdırma, eləcə də İnformasiya texnologiyaları və təhlükəsizlik daxildir. Bu proqram beynəlxalq standartlara əsaslanan müasir tədris, Tələbə Təhsil Krediti imkanları, real iş təcrübəsi və karyera dəstəyi ilə fərqlənir.

CASA ilə birgə həyata keçirilən proqram kulinariya sahəsində peşəkar təlimi əhatə edir. Proqramı uğurla başa vuran məzunlar zəmanətli işlə təmin olunacaq və aparıcı brendlərlə əməkdaşlıq edərək yüksək maaşlı karyera imkanı əldə edəcəklər. Həmçinin, tələbələr real iş mühitində təcrübə qazanaraq peşəkar şəbəkəyə çıxış əldə edəcəklər.

İmza Group ilə birgə həyata keçiriləcək ACCA F3 Mühasibatlıq Proqramı isə 3 il müddətinə nəzərdə tutulub. Proqramı tamamlayan tələbələr F3 – Financial Accounting, F7 – Financial Reporting və F9 – Financial Management kimi beynəlxalq ACCA sertifikatlarına yiyələnəcəklər. Bu sertifikatlar tələbələrə yüksək maaş potensialı olan peşələrə çıxış, beynəlxalq səviyyədə tanınma və qlobal karyera imkanları qazandıracaq.

Tədbirin əsas məqsədi peşə təhsilində müasir yanaşmaların tətbiqi, davamlı tərəfdaşlığın möhkəmləndirilməsi və tələbələrin həm yerli, həm də beynəlxalq əmək bazarına hazırlanmasıdır. Mərasim çərçivəsində iştirakçılar Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin imkanları ilə yaxından tanış olmaq üçün infoturda iştirak ediblər.

1 /6

Şərhlər

Xəbər lenti

17 iyul, 15:27

ADA Universiteti ilk dəfə bu ixtisaslar üzrə dövlət sifarişli qəbul aparacaq - SİYAHI

17 iyul, 15:09

LDPTM-də ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb 

17 iyul, 15:04

Apellyasiyada əvvəlcədən ödəniş sistemi tətbiq oluna bilər – DİM sədrindən açıqlama

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

17 iyul, 10:27

Növrəslilər nəslinin uğurlu davamçısı: Kiçik Nailənin böyük səhnəsi

17 iyul, 09:49

AzTU-da “Qərbi Azərbaycanda texnoloji irsin bərpası və yaşadılması” adlı seminar keçirilib

17 iyul, 09:39

MEK-in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

17 iyul, 09:35

ADNSU ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.