Bütün xəbərlər
17 iyul, 09:49

Azərbaycan Texniki Universitetinin (AzTU) Qərbi Azərbaycan Texnoloji İrsi Mərkəzinin təşkilatçılığı ilə “Qərbi Azərbaycanda texnoloji irsin bərpası və yaşadılması” mövzusunda seminar keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, seminarın keçirilməsində məqsəd Qərbi Azərbaycanda formalaşan texnoloji irsin müasir dövr üçün aktuallığının elmi aspektdən qiymətləndirilməsi və müzakirəsi olub.

Əvvəlcə AzTU-nun foyesində Qərbi Azərbaycan irsinə həsr olunmuş sərgiyə baxış keçirilib.

Seminarda çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Qərbi Azərbaycan irsinin qorunması ilə bağlı məsələnin Prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu bildirib. O qeyd edib ki, AzTU-nun missiyası bu irsin texnoloji imkanlarını araşdırmaq, qeyd olunan istiqamətdə aparılan elmi-tədqiqatları gələcək nəsillərə ötürməkdir. Rektor bu irsin yaşadılmasında yaradıcı düşüncəli gənclərə imkanlar yaradılmasını da xüsusi vurğulayıb.

Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərov çıxış edərək tarixə nəzər salıb. Millət vəkili Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, dünya ictimaiyyətinə çatdırılması, erməni yalan və saxtakarlıqlarının sona qədər ifşası, son 200 il ərzində Qərbi Azərbaycan torpaqlarından deportasiya olunmuş azərbaycanlıların, onların varislərinin hüquqlarının beynəlxalq müstəviyə çıxarılması, bərpası, bütün bu cinayətlərə görə Ermənistan dövlətinin və erməni millətçilərinin beynəlxalq məhkəmələrdə cəzalandırılması üçün mümkün imkanlardan istifadə edilməsi, eyni zamanda bu mübarizənin mədəniyyət, elm, təhsil, texnologiya sahəsində də paralel aparılmasının vacibliyini qeyd edib. O, bu cür silsilə tədbirləri önəmli hesab edərək yaradılan şəraitə və dəstəyə görə rektor Vilayət Vəliyevə təşəkkürünü bildirib.

Daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin moderatorluğu ilə seminarın panel müzakirəsi keçirilib. Qərbi Azərbaycan üzrə araşdırmaçı Cəlal Allahverdiyev, əməkdar mədəniyyət işçisi, milli kulinariya üzrə araşdırmaçı Tahir Əmiraslanov, Azərbaycan Rəssamlar İttifaqının üzvləri İsgəndər Sərdarlı, Toğrul Sərdarlı, rəssam Əli İsmayıl Əliyev Qərbi Azərbaycan texnoloji irsi ilə bağlı geniş təqdimatla çıxış ediblər. Çıxışlar zamanı Qərbi Azərbaycan texnoloji irsinin yaşadılması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması ilə bağlı təkliflər səsləndirilib.

Bildirilib ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq ötən il AzTU-da Qərbi Azərbaycan Texnoloji İrsi Mərkəzi yaradılıb.

1 /10

Şərhlər

Xəbər lenti

17 iyul, 15:09

LDPTM-də ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb 

17 iyul, 15:04

Apellyasiyada əvvəlcədən ödəniş sistemi tətbiq oluna bilər – DİM sədrindən açıqlama

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

17 iyul, 10:27

Növrəslilər nəslinin uğurlu davamçısı: Kiçik Nailənin böyük səhnəsi

17 iyul, 09:39

MEK-in yenilənmiş elektron kitabxanasının təqdimatı olub

17 iyul, 09:35

ADNSU ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb

17 iyul, 09:34

Peşə təhsili müəssisələri və tərəfdaş şirkətlər birgə əməkdaşlığa başlayır

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.