Bütün xəbərlər
17 iyul, 09:39

İyulun 16-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) yenilənmiş elektron kitabxananın təqdimatı keçirilib.

AMEA-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdən öncə Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov elektron kitabxana işinin səmərəli təşkili, oxucuların rahatlığı və vaxta qənaət etməsi məqsədilə yeni alınmış avadanlıqlardan istifadə barədə məlumat verib və əyani nümayiş etdirib.

Təqdimat mərasimini açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli son 3 il ərzində Milli Elmlər Akademiyasında aparılan çoxistiqamətli islahatlar içərisində elektron xidmətlərin genişləndirilməsi işinin mühüm yer tutduğunu söyləyib. Bildirib ki, XXI əsrin indiki mərhələsində elektron hərəkatın geniş miqyasda tətbiqi olduqca vacibdir. Mərkəzi Elmi Kitabxananın elektron kitabxanasının yenidən təşkilinin yeniləşən Akademiyada bu istiqamətdə həyata keçirilən islahatların tərkib hissəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu işlərin böyük zəhmətin və gərgin əməyin nəticəsində ərsəyə gəldiyini vurğulayıb. AMEA rəhbəri qeyd edib ki, yenilənmiş sistemlə həm Akademiya işçiləri, həm də digər oxucular vaxt itkisi olmadan, kitabxanaya gəlmədən, istənilən yerdən kitabxananın xidmətlərindən istifadə edə biləcəklər və bu XXI əsrin çağırışı, tələbatıdır.

Akademiyanın həm regionlarda, həm də paytaxt Bakıda yerləşən elmi müəssisələrindəki kitabxanaların da elektronlaşmasının mühüm olduğunu deyən akademik İsa Həbibbəyli artıq bu istiqamətdə də bir sıra institutlarda işlərə başlanıldığını, növbəti il isə bütün müəssisələrdə yekunlaşdırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb, bununla bağlı institutların məsul şəxslərinə tapşırıqlarını verib.

Akademik İsa Həbibbəyli bildirib ki, Rəyasət Heyətinin 2023-cü ilin yanvar ayında qəbul etdiyi qərarla AMEA-da “Elektron Akademiya” şöbəsi yaradılıb. AMEA-da elektron xidmətlərin müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə şöbənin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranovun rəhbərliyi altında qısa müddətdə bir çox uğurlara imza atılıb. AMEA-nın elmi nəşrlərinin elektron versiyası yaradılıb, işıq üzü görən hər bir məqaləyə DOİ identifikatoru verilib, Akademiyanın 3 jurnalı TÜBİTAK-ın DərgiPark bazasına daxil edilib, həmçinin milli DərgiPark şəbəkəsi yaradılıb. Bundan əlavə, alimlərin məqalələrinə edilən istinadları hesablamaq məqsədilə milli istinad sistemi yaradılıb, eləcə də robot texnologiyaları, Vikipediya istiqamətində bir çox addımlar atılıb. Bu günlərdə şöbənin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov Çində süni intellektə həsr olunmuş beynəlxalq konfransda iştirak edib, dünya elmində bu sahədə gedən yeniliklərlə tanış olub.

Tədbirdə görülmüş işlər barədə interaktiv şəkildə məlumat verən MEK-in direktoru bildirib ki, ötən ilin sentyabr ayında kitabxanada yeni yaradılan elektron kitabxananın ilkin təqdimatı keçirilib. Direktorun sözlərinə görə, ilkin təqdimata qədər yenidən qurulmuş e-kitabxanaya 1470 PDF resurs daxil edilib, 8000 e-resurs hazırlanıb. Hazırda bu göstəricilərin sayı xeyli artıb. Belə ki, bu günə qədər e-kitabxana üçün hazırlanan 51 min 875 PDF kitabdan 32 min 345-i artıq sayta yüklənərək oxucuların istifadəsinə verilib və bununla da e-kitabxananın resurs bazası genişlənib.

Hesabat dövründə elektron kataloqa 127 min yeni resurs əlavə olunub ki, bununla da, elektron kataloqda resursların sayı 827 minə çatıb. Eyni zamanda, “E-kitabxanalara çıxış”, “Bazalara çıxış”, “E-layihələr”, “Audio fayllar”, “Avtoreferatlar”, “Xəritələr”, “E-jurnallar”, “E-biblioqrafiyalar”, “E-kitablar” da MEK-in saytına daxil edilib. Bundan əlavə, xarici elektron kitabxanalara və məlumat bazalarına əlçatanlıq təmin edilib. Belə ki, kitabxana saytından dünyanın 300-ə qədər aparıcı kitabxanasına birbaşa keçid verilib. Həmçinin buradan 60 adda xarici elmi bazalara da giriş təmin olunub ki, istifadəçilər istənilən elm sahələrinə dair axtarış edə, məqalə oxuya, tədqiqat işi, elmi jurnallarla tanış ola bilərlər.

MEK rəhbəri onu da qeyd edib ki, son dövrdə kitabxana saytı dizayn və istifadə baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Azərbaycan kitabxanaları arasında ilk dəfə olaraq genişlənmiş və əsaslı “Səsli axtarış” funksiyası tətbiq edilib, süni intellekt əsaslı “Kitabxana bələdçisi” yaradılıb. Bundan əlavə, inklüziv xidmət resurslarının hazırlandığını bildirən MEK rəhbəri onu da diqqətə çatdırıb ki, burada “Audio resurslar”, “Danışan kitablar”, “Audio teatr” kimi maraq doğuracaq bölmələr öz yerini tapıb.

Növbəti yeniliyi qeyd edən direktor vurğulayıb ki, artıq oxucular MEK-in Biblioqrafik xidmət sektorunun əməkdaşları ilə birbaşa onlayn canlı ünsiyyət yarada biləcəklər. İstifadəçilər “Whatsapp” platforması üzərindən əməkdaşlara kitabxana ilə bağlı sualları verməklə lazımi informasiyanı əldə edəcəklər. Direktor bildirib ki, oxucular bu gündən etibarən binanın girişində yerləşdirilmiş məlumat-axtarış sistemi vasitəsilə istədikləri resursu müstəqil şəkildə sifariş edə biləcəklər.

Tədbirdə, həmçinin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi ilə bağlı AMEA-nın Tədbirlər Planına əsasən MEK-in “Bəxtiyar Vahabzadə” adlı elektron layihəsinin istifadəyə verildiyi qeyd edilib.

1 /4

Şərhlər

Xəbər lenti

17 iyul, 15:27

ADA Universiteti ilk dəfə bu ixtisaslar üzrə dövlət sifarişli qəbul aparacaq - SİYAHI

17 iyul, 15:09

LDPTM-də ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb 

17 iyul, 15:04

Apellyasiyada əvvəlcədən ödəniş sistemi tətbiq oluna bilər – DİM sədrindən açıqlama

17 iyul, 13:39

261 məzun qızıl və gümüş nişanla təltif edilib SİYAHI

17 iyul, 13:31

Nazir məzunların qızıl və gümüş nişanla təltif edilməsi ilə bağlı əmr imzalayıb

17 iyul, 12:41

Qabiliyyət imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ!

17 iyul, 12:28

Sabahın hava proqnozu açıqlanıb

17 iyul, 11:53

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib

17 iyul, 11:30

Şimal-qərb bölgəsinin 15 məzunu qızıl və gümüş nişana layiq görülüb

17 iyul, 11:11

Rus bölməsi üzrə I sinfə qəbul üçün məktəb və müəllim seçimi başlayır

17 iyul, 11:10

Problemləri kodlaşdırma ilə həll edir – Tələbənin uğur hekayəsi

17 iyul, 10:32

İdmançılarımız beynəlxalq yarışda 8 medal qazanıblar

17 iyul, 10:27

Növrəslilər nəslinin uğurlu davamçısı: Kiçik Nailənin böyük səhnəsi

17 iyul, 09:49

AzTU-da “Qərbi Azərbaycanda texnoloji irsin bərpası və yaşadılması” adlı seminar keçirilib

17 iyul, 09:35

ADNSU ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb

17 iyul, 09:34

Peşə təhsili müəssisələri və tərəfdaş şirkətlər birgə əməkdaşlığa başlayır

16 iyul, 20:46

İsmayıllı məktəbinin bir sinfinin 4 şagirdi qızıl nişan alıb

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.