Bütün xəbərlər
19 mart, 12:42

18 fevral-17 mart 2025-ci il tarixlərində Bakı və regionlarda yerləşən peşə təhsili müəssisələrinin İKT, iaşə, turizm, sənaye, nəqliyyat, mədəniyyət, tekstil, bərbər, kənd təsərrüfatı və tikinti istiqamətləri üzrə 200 nəfər ixtisas fənn müəllimi və istehsalat təlimi ustası üçün xüsusi “Ustad dərsləri” təlimi uğurla həyata keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, təlimin əsas məqsədi təhsilverənlərin peşəkar inkişafını dəstəkləmək və onların pedaqoji bacarıqlarını artırmaqdır.

Təlim çərçivəsində iştirakçılar emosional intellektin vacibliyini və onun karyera inkişafına təsirini öyrənməklə yanaşı, həmçinin effektiv əks-əlaqə metodları, yumşaq bacarıqlar və pedaqoji yanaşmalar barədə müzakirələrdə də iştirak ediblər.

Təlim iştirakçıları “nümunəvi dərs modeli” praktiki tapşırığına da cəlb ediliblər. Təhsilverənlər 45 dəqiqə ərzində təlim nəticələri və qiymətləndirmə meyarlarına əsasən mövzuların seçilməsi, interaktiv mühitin yaradılması, praktik tapşırıqların verilməsi, qrup işlərinin təşkili, tədris prosesində əks-əlaqənin rolu və tələbələrlə effektiv ünsiyyət qurmaq və refleksiyaların aparılması kimi mövzular üzərində praktik tapşırığı icra ediblər.

Qeyd edək ki, bu təlimlər peşə təhsili sahəsində keyfiyyətin artırılmasına və təhsilverənlərin peşəkar bacarıqlarının inkişafına dəstək məqsədilə təşkil olunub.

1 /5

Şərhlər

Xəbər lenti

2 iyul, 15:25

2024-2025-ci tədris ilində SABAH qruplarından 1421 nəfər məzun olur

2 iyul, 14:40

"Yorulsaq da, fikrimizdən dönmədik" – Maneələrə qalib gələn gənc xilasedicilər

2 iyul, 14:11

Orta ixtisas təhsilində yeni paradiqmalar

2 iyul, 13:30

Elm və Təhsil Nazirliyi vətəndaşlara müraciət etdi

2 iyul, 12:38

Sabahın hava proqnozu açıqlanıb

2 iyul, 12:27

“Avrasiya Universitetlərinin Sammiti”nin növbəti spikerlər siyahısı açıqlanıb

2 iyul, 12:22

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbul şərtləri açıqlanıb

2 iyul, 12:17

“WorldSkills Azerbaijan” dəmir yolu nəqliyyatı texnologiyası üzrə yarışın qalibləri müəyyənləşib

2 iyul, 12:02

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

2 iyul, 12:02

Oksford Universitetinin azərbaycanlı müəllimi: Heç vaxt öz potensialınızı kiçiltməyin

2 iyul, 11:28

Musiqi ilə özünü ifadə edən istedad – Pianoçunun uğur yolu

2 iyul, 10:58

TİF gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayırıb

2 iyul, 10:53

Şəhid anası və şəhid həyat yoldaşı məzun oldu

2 iyul, 10:25

Qabiliyyət imtahanına qeydiyyatdan keçənlərin NƏZƏRİNƏ!

2 iyul, 10:16

Təkrar sertifikatlaşdırılmadan keçməyən müəllimlərlə bağlı komissiyalar yaradılıb

2 iyul, 10:13

NDU-nun 240 nəfərlik professor-müəllim və tələbə heyəti təcrübədə iştirak edəcək

2 iyul, 10:02

Nazir müavini: Azərbaycanda ali təhsilin əlçatanlığı getdikcə artır

2 iyul, 09:59

Strasburqda UFAZ-ın Rəhbər komitəsinin növbəti iclası keçirilib

2 iyul, 09:53

ADNSU-nun komandası “Tələbələrarası Azərbaycan Kuboku – 2025”in qalibi olub

2 iyul, 09:53

Yeniyetmələrin psixoloji distres səviyyəsinin ölçülməsi ilə bağlı tədqiqat aparılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.