Bütün xəbərlər
14 noyabr, 10:56

İşəgötürən və təhsil müəssisələrinin qarşılıqlı əlaqəsini səmərəli quran bəzi ölkələrdə peşə təhsili üzrə bacarıqlı kadrların işlə təmin olunma göstəricisi yüksəkdir. Azərbaycanda da artıq yalnız ali təhsil deyil, peşə təhsii sahəsində də əmək bazarının tələb etdiyi ixtisaslar üzrə kadrların hazırlanmasına ehtiyac var. Peşə təhsilli kadrlara artan tələbatı nəzərə alan Elm və Təhsil Nazirliyinin ölkənin müxtəlif ümumi təhsil müəssisələrində bu məqsədlə yaratdığı peşə təmayüllü siniflərə maraq getdikcə artır. 

Gəncə şəhərində yaradılan peşə təmayüllü siniflər də bu gün ölkənin əmək bazarı üçün peşə təhsilli kadr hazırlığını uğurla həyata keçirir. 

Şagirdlərin “Peşə ağacı” 

2021-ci ildə Göygöl şəhər İbrahim Hüseynov adına 1 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfində ixtisas müəllimi kimi əmək fəaliyyətinə başlayan Elnur İsmayılov sonrakı illərdə Göygöl və Gəncənin müxtəlif məktəblərində çalışıb. O, “AzEdu” təhsil platformasının keçirdiyi “İlin gənc müəllimi - 2023” müsabiqəsində 500 müəllim arasından seçilən 50 ən yaxşı müəllimdən biri olub.

Müsahibimiz hazırda Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə peşə təmayüllü siniflərin qrup rəhbəri kimi fəaliyyət göstərir.

Belə siniflərdə dərslərin hansı formada təşkil edildiyi haqqında danışan E.İsmayılov bildirib ki, məktəbin 10-11-ci siniflərində “aşpaz köməkçisi”, “qənnadçı”, “kompüter operatoru” və “İnformasiya texnologiyaları üzrə texniki dəstək operatoru” (İT Help desk) istiqamətləri üzrə 4 qrup yaradılıb. Onlara həftədə iki dəfə olmaqla, ümumilikdə 11 saat dərs keçirilir. Peşə dərslərində komanda, qrup və cütlərlə iş zamanı şagirdlərin bacarıqları aşkara çıxarılır. Burada hər şagird öz ixtisası üzrə nəzəri və praktiki peşə bacarıqlarına yiyələnir. 

“Mənim üçün təhsil nəticəsi zəif olan şagirdlərlə işləmək daha maraqlıdır. Onların bacarıqlarının üzə çıxarılmasına böyük həvəslə yanaşıram” deyən müəllim dərslərin daha rəngarəng və motivasiyaverici olması üçün "Peşə çarxı", "Peşə ağacı" kimi layihələr də həyata keçirir: “"Peşə ağacı"mız ildən-ilə böyüyür, şagirdlər uğur qazandıqca onları əks etdirən fotolar, sertifikatlar və s. ağacın “bar”ına çevrilir. Beləliklə, həm məzunlarımızın uğurları bizimlə qalır, həm də bu, digər şagirdlərə motivasiya verir. Şagirdlərin asudə vaxtlarında onlarla “ekoterapiya” həyata keçirirəm”. 

Şagirdləri ilə böyük həvəslə çalışan Elnur müəllimin fikrincə, peşə bacarıqlarına sahib olan şəxslər cəmiyyətə fayda verməyi öyrənir, karyerasında uğur qazanma imkanlarını artırırlar. Peşə təhsili proqramları yüzlərlə gəncin həyatında böyük dəyişikliklər yaradır, onların liderlik bacarıqlarını inkişaf etdirir.

Elnur müəllimin rəhbərliyi ilə ilk dəfə peşə təmayüllü siniflərin “İşin sirri” adlı divar qəzeti hazırlanır. “Hər zəhmət bir sirr açır” şüarı ilə tərtib olunan, şagirdlər tərəfindən dizayn edilən qəzetin yaradlmasında məqsəd onlarda İKT biliklərinin artırılması, dizayn bacarıqlarının inkişaf etdirilməsi, əlavə olaraq,  peşə təmayüllü siniflərin fəaliyyəti ilə bağlı məktəb ictimaiyyətinə məlumat verməkdir. Qəzet ayda bir dəfə buraxılır və bu siniflərin ictimai həyatını işıqlandırır.

“Uğurlarıma sevinsəm də, daha çox çalışmalıyam”

Solmaz Heydərova Gəncə şəhər 3 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdidir. Peşə təmayüllü sinifdə oxuyan Solmaz təhsilini başa vurduqdan sonra ixtisası üzrə işləmək niyyətindədir. Müvafiq təhsilə və bacarıqlara tam yiyələndikdən sonra yüksək texniki vəzifədə çalışmağı arzu edir. Hazırda müxtəlif tədbirlərdə iştirak etməklə sosial bacarıqlarını artırır: “2020-2021-ci tədris ilində “Virtual məktəb” platformasında və onlayn tədbirlərdə fəal iştiraka görə yerli Təhsil İdarəsi və oxuduğum məktəb tərəfindən  tərifnamə ilə təltif olunmuşam. Xocalı soyqırımının 29-cu ildönümü münasibətilə təşkil olunan rəsm müsabiqəsinin qalibi seçilmişəm. “Xocalı uşaqların gözü ilə” onlayn rəsm müsabiqəsində fəal iştiraka görə Elm və Təhsil Nazirliyi tərəfindən diploma layiq görülmüşəm. Gələcəkdə həm də maliyyə ixtisası üzrə təhsil almaq istəyirəm”. 

Orxan Kərimov isə Gəncə şəhər 3 nömrəli tam orta məktəbin 11-ci sinfində oxuyur. Müasir dövrün texnoloji yeniliklərini mənimsəyən Orxan İT üzrə bacarıqlarını təkmilləşdirdikdən sonra kibertəhlükəsizlik sahəsində çalışmaq istəyir. Hazırda peşə təmayüllü sinfin şagirdi kimi “İşin sirri" qəzetində çalışır; fotolar çəkir, qəzetin dizayn işi ilə məşğul olur. Orxan imtahanlarda, sınaqlarda yüksək nəticələr əldə edir, məktəbdə fəallığı ilə seçilir, uğurlarına sevinsə də, daha çox çalışmalı olduğunun fərqindədir. 

1 /8

Şərhlər

Xəbər lenti

30 iyul, 16:16

Həvəsləndirmə tədbirləri tətbiq olunan məktəblər üzrə vakansiya seçimi başlayır

30 iyul, 16:10

MÜTDA: Sertifikatlaşdırmada uğur qazanmayanların sosial vəziyyəti diqqətdə saxlanılır

30 iyul, 16:03

MİQ-də yenilik: Müəllimlərin yaşadıqları ərazidəki məktəblərə yerləşdirilməsinə üstünlük veriləcək 

30 iyul, 16:00

MÜTDA: Məktəbli geyiminə görə hansısa satış məntəqəsinə yönləndirilmə yolverilməzdir

30 iyul, 15:57

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin vaxtı açıqlandı

30 iyul, 15:52

MÜTDA: 8 yaşı tamam olmuş uşaqlar fərdi təhsilə cəlb edilirlər

30 iyul, 15:45

55 minə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

30 iyul, 15:44

121 min uşağın birinci sinfə qəbulu tamamlanıb

30 iyul, 15:40

Bu il 41 bağça müdiri işdən çıxarılıb

30 iyul, 15:36

MÜTDA: İlk dəfə “Oyuncaq siyasəti” sənədi hazırlanıb

30 iyul, 15:32

Gələn ilin sonunadək bağça müəllimləri sertifikasiyadan keçəcəklər

30 iyul, 15:28

Vakant bağça müdiri və müəllim yerlərinin sayı açıqlanıb

30 iyul, 15:24

11 yeni bağça açılacaq

30 iyul, 15:22

İlahə Rəsulova: Ehtiyac olan bağçalarda əlavə qruplar yaradılır

30 iyul, 15:15

Bu günədək 32 381 uşaq bağçaya qəbul edilib

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.