Bütün xəbərlər
11 dekabr, 05:45

Ölkəmizdə gənc müəllimlərin elmi fəaliyyətlə məşğul olması, bu sahədə uğur qazanması təhsilimizin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. “Azərbaycan müəllimi”nin budəfəki qonağı pedaqoji fəaliyyətlə yanaşı, elmi fəaliyyəti də özü üçün məqsəd seçən Şamaxı şəhəri 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Üzeir Həsənovdur.  

Ü.Həsənov 15 yanvar 1983-cü ildə Şamaxı rayonunun Nağaraxana kəndində anadan olub. 2001-2005-ci illərdə Gəncə Dövlət Universitetində “Azərbaycan dili və ədəbiyyat” ixtisası üzrə bakalavr təhsili alıb. 2007-ci ildə Bakı Dövlət Universitetində magistr təhsilini bitirən Üzeir Həsənov hərbi xidmətini başa vurduqdan sonra elmi fəaliyyətlə məşğul olmaq qərarına gəlib.

- Müəllimliyə maraq necə yaranıb? Bu sahəyə sizi kim yönləndirib?

- Müəllim adının aliliyini, müəllimlik peşəsinin müqəddəsliyini kiçik yaşlarımdan dərk eləməyə başlamışam. Müəllim ailəsində doğulmaq, həmçinin atamın sənətini davam etdirmək istəyi bu sahəni seçməyimə səbəb olub. Orta məktəb müəllimlərimin peşəkarlığının da bu sənətə yiyələnməyimdə böyük rolu olub. Məktəbdə oxuyarkən 5 Oktyabr -  Beynəlxalq Müəllimlər Günündə birgünlük Azərbaycan dili və ədəbiyyat fənnini tədris etmişdim. Sevə-sevə tədris etdiyim bu fənn illər sonra ixtisasıma çevrildi. Bu peşəyə yiyələndiyim, müəllim adını daşıdığım üçün fəxr edirəm. 

İlk pedaqoji fəaliyyətimə hazırlıq kurslarında başlamışam. 2017-ci ildə isə müəllimlərin işə qəbul imtahanında iştirak edərək 52 bal topladım və hazırda işlədiyim Şamaxı şəhər 3 nömrəli tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olundum.

- Azərbaycan dili və ədəbiyyat müəllimi olmağın üstünlükləri nələrdir?

- Bütün fənlər dəyərlidir. Bununla belə, düşünürəm ki, Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq, şagirdlərə dilimizin gözəlliyini aşılamaq bir qədər fərqli hissdir. Azərbaycan dili bizim ana dilimiz, dövlət dilimiz, tədris dilimizdir. Dilimizin fonetikası, leksikası, qrammatikası çox zəngindir. Bu zənginliyi şagirdlərə çatdıranda öz işimdən zövq alıram. 

Şagirdlərə kimliyini xatırlatmaq çox önəmlidir. Bu baxımdan özündə milliliyimizi daşıyan fənləri tədris edən müəllimlərin üzərinə çox böyük məsuliyyət düşür. Mən də Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq şagirlərimizin milli ruhda böyüməsinə öz töhfəmi vermək istəyirəm.

- Elmi fəaliyyətinizdə hansı mövzunu araşdırırsınız?

- Dissertasiya işimin mövzusu dilçiliyin tədqiqata ehtiyac duyulan məsələlərindən biridir. Azərbaycan dilinin mürəkkəb şəkilçiləri ilə bağlı genişmiqyaslı araşdırma aparmaq və dilçilik elminə kiçik töhfə vermək istəyirəm. Şəkilçilərin hansı dövrdə, hansı şəraitdə və nə üçün mürəkkəbləşməsi maraq doğuran mövzulardandır. Müasir Azərbaycan dilində bir neçə hecadan ibarət olan və müstəqil işlənən şəkilçilər var. Bu şəkilçilərin tarixi forması ilə müasir formasını müqayisə edib oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək istəyirəm.

- Sizcə, uğuru şərtləndirən amillər nələrdir?

 - Uğur qazanmaq üçün cəhd etmək, hədəf seçmək lazımdır. Hər hansı uğursuzluğa görə ruhdan düşməmək, məqsədə çatmaq üçün daha əzmlə çalışmağı düzgün istiqamət hesab edirəm. Uğura gedən yolun mütaliədən keçdiyini düşünürəm. Ziyalı hər zaman mütaliə etməli, biliklərini təkmilləşdirməli, yeniliklərə açıq olmalıdır.
 


- Motivasiya qaynağınız nədir? 

- Mənə motivasiya verən şagirdlərimin varlığıdır. İşimi, şagirdlərimi sevirəm. Gördüyüm işdən zövq alıram. Şagirdlərimin nəticələri mənim üçün vacibdir. Onların bir çox müsabiqə və olimpiadalarda uğur qazanması, yüksək balla ali məktəbə qəbul olması bir müəllim olaraq mənə çox böyük motivasiya verir. Bu günün şagirdi sabahın mütəxəssisidir. Onlara dəyər vermək, vətəndaş kimi yanaşmaq lazımdır.

- Şagirdlərinizin bilik səviyyəsindən razısınız?

- Şagirdlərin bilik və bacarıqlarının artırılması, vətənimizə layiqli vətəndaş kimi yetişməsi biz pedaqoqların əsas vəzifəsidir. Bu günün məktəbliləri arasında kifayət qədər savadlı və intellektual şagirdlər var. İstedadlı və çalışqan şagirdlərlə işləmək müəllim üçün əlavə motivasiyadır. Mənim çalışdığım təhsil müəssisəsində xüsusi istedadı ilə fərqlənən şagirdlər var. Onların bugünkü bilik səviyyəsi müəllimləri olaraq məni məmnun edir.

- Gələcək hədəflərinizdən danışmağınızı istəyərdik

- İnsan hədəflərinə çatdıqca qarşısına yeni-yeni hədəflər qoyur. Hazırda müəyyən səbəblərdən dissertasiya müdafiəm ləngiyir. Yaxın dövr üçün ilk hədəfim yarımçıq qalmış elmi işimi yekunlaşdırmaqdır. Hədəfə çatmaq üçün planlı davranmaq lazım olduğunu düşünürəm. Planlarım sırasında ali məktəbdə çalışmaq, tələbə auditoriyalarında bilik və bacarıqlarımı nümayiş etdirmək də var.

Şərhlər

Xəbər lenti

13 mart, 17:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 15:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 13:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 13:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 12:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 12:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 12:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 12:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 12:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 11:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 10:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 09:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 09:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 08:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 07:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 07:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 07:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 07:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 07:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 06:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.