Bütün xəbərlər
17 aprel, 10:26

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə olmaqla internet vasitəsilə aparılır. Ərizə qəbulunun birinci mərhələsi 2025-ci il fevralın 20-dən martın 5-dək həyata keçirilib. Həmin mərhələdə ali təhsil müəsssiələrinə (o cümlədən V ixtisas qrupu üzrə) və tam (11 illik) orta təhsil bazasında kollecə qəbul olmaq istəyənlər qeydiyyatdan keçiblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər 2025-ci il aprelin 17-dən 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 20 fevral - 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.

Müsabiqədə iştirak ödənişlidir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı DİM-in göstərdiyi ödənişli xidmətlər haqqında məlumat

 “Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdində) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur.

“Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları;

- şəhid ailəsinin üzvləri;

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar;

- məcburi köçkün statusu olan şəxslər;

- I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Digər abituriyentlər isə ərizəni təsdiq etmək (etdirmək) üçün tələb olunan məbləği şəxsi kabinetinlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olun­duq­dan sonra onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.

Qeyd:  Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin 20 fevral -5 mart tarixlərində keçirilən ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə yayda kolleclərin ixtisas seçimində iştirak etməyə icazə veriləcək.

Qeyd: Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 22-də keçiriləcək.

Qeyd: I ixtisas qrupu üzrə həm Rİ, həm də RK altqrupu üzrə imtahan vermək istəyən abituriyentlər ikinci mərhələnin birinci cəhdində bir, ikinci cəhdində isə digər altqrupu seçə bilərlər. Abituriyentlər istəklərindən asılı olaraq hər iki cəhddə eyni altqrup üzrə də iştirak edə bilərlər.

 

Şərhlər

Xəbər lenti

31 may, 15:52

Naxçıvanda "Ümumi təhsilin aktual problemləri" mövzusunda konfrans keçirilib

31 may, 15:39

BSU tərəfindən özbək dilinə tərcümə olunan "Qərbi Azərbaycana qayıdış" Konsepsiyası sərgilənib

31 may, 14:16

“Zəkaların mübarizəsi” olimpiadası qaliblərinin mükafatlandırılması keçirilib

31 may, 12:42

Fuad Qarayev: Öyrənməyi sevən şagirdlər mütləq seçilirlər

31 may, 11:44

4SİM: Azərbaycanın süni intellekt təcrübəsi Davos İqtisadi Forumunda təqdim olunacaq

31 may, 09:01

Azərbaycan Texnologiya Universiteti Özbəkistanın universitetləri ilə əlaqələrini genişləndirir

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.