Bütün xəbərlər
6 dekabr, 10:33

Respublika fənn olimpiadalarına qeydiyyatın bitməsinə son 3 gün qalıb.

Təhsil İnstitutundan “Azərbaycan müəllimi”nə bildirilib ki, bu günədək qeydiyyatdan keçənlərin sayı 70254 nəfərdir.

26 noyabrdan etibarən elan olunan qeydiyyat prosesi 9 dekabr tarixinədək davam edəcək.

Şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə VIII-IX siniflər üçün 28 dekabrda, X-XI siniflər üçün 29 dekabrda, digər fənlər üzrə isə 22 dekabrda əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə keçiriləcək.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.

Olimpiadalar rayon (şəhər) və Respublika olmaqla iki mərhələdən ibarətdir. Respublika mərhələsi isə yarımfinal və final turları olaraq keçirilir.

Qeydiyyat prosesi ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar qeyd olunan nömrəyə (+994507914631) “Whatsapp” üzərindən problemin ətraflı təsvirini yazaraq müraciət edə bilərsiniz.

Qeyd edək ki, Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.

1 /1

Şərhlər

Xəbər lenti

5 avqust, 09:47

Türkiyənin Tibb Elmləri Universitetinin Tibb fakültəsinə qəbul başlayıb

5 avqust, 09:29

14 yaşlı Avropa çempionu: Məqsədim dünya çempionu olmaqdır

4 avqust, 22:46

Bu universitetə yeni prorektor təyin olunub 

4 avqust, 21:39

Ucarda bağça müdiri fəaliyyətindəki nöqsanlara görə vəzifəsindən azad edilib

4 avqust, 21:08

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

4 avqust, 20:04

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarı ucqar kəndlərdə keyfiyyətli kadr təminatına dəstək olacaq

4 avqust, 18:19

ARTİ riyaziyyat olimpiadası ilə bağlı məsələyə münasibət bildirdi

4 avqust, 18:07

Süni intellekt əsaslı neyron şəbəkə texnologiyalarının təhsil proseslərinə təsiri

4 avqust, 18:02

Fuad Qarayev: İki şagirdimizin ilk 100-lükdə yer alması sistemli yanaşmanın nəticəsidir – MÜSAHİBƏ 

4 avqust, 16:55

TKTA 3 peşə üzrə nəzəri imtahan keçirib

4 avqust, 16:43

Rezidenturaya qəbul imtahanı verəcək namizədlərin NƏZƏRİNƏ!

4 avqust, 15:51

20 məktəbdənkənar müəssisənin rəhbərinə intizam tənbehi verilib

4 avqust, 15:43

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

4 avqust, 15:05

MDU-da əlavə təhsil almaq istəyənlər üçün müsahibə keçirilə bilər

4 avqust, 14:45

Samir Babayev: Avqustun sonunda tam heyətlə Qarabağa köçəcəyik

4 avqust, 14:41

ADNSU-nun 5 tələbəsi TİKA ilə əməkdaşlıq çərçivəsində Türkiyədə təlimlərdə iştirak edir

4 avqust, 14:31

İnklüziv təhsil meridianı 

4 avqust, 14:12

ADA Universitetinin məzunlarının məşğulluq göstəricisi 90 faiz olub

4 avqust, 13:56

Kosmik hava durumu və proqnozu açıqlanıb

4 avqust, 13:11

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.