Bütün xəbərlər
6 dekabr, 15:25

ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinin (ISEF) milli seçim turu olan “Sabahın alimləri” XIV respublika layihə müsabiqəsinə bölgə məktəbliləri də maraq göstərirlər. Qeydiyyat prosesi oktyabrın 31-dən başlayan, dekabrın 24-də yekunlaşacaq builki müsabiqədə Aran bölgəsinin şagirdləri də iştirak etmək niyyətindədir.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, ötən il region üzrə bu müsabiqədə iştirak üçün müraciət edən olmayıb. Amma bu il Biləsuvar rayonu üzrə 1, Neftçala rayonu üzrə 5, Şirvan şəhəri üzrə 1 layihə olmaqla, ümumilikdə 7 layihə sözügedən müsabiqədə iştirak üçün qeydiyyatdan keçib.

“Azərbaycan müəllimi” müsabiqəyə hazırlaşan müəssisələrdən biri olan Neftçala rayonu Xıllı qəsəbə Rafiq Gözəlov adına tam orta məktəbdən reportaj hazırlayıb.

Məktəb müsabiqəyə 4 layihə təqdim edib. Həmin layihələrdən birinin elmi rəhbəri olan Nərmin Məmmədovanın sözlərinə görə, ”Sabahın alimləri” müsabiqəsi çərçivəsində müəllimlər üçün təşkil olunan Təlim Akademiyasında iştirak edib: 

“Layihədəki sərgilərlə yaxından tanış oldum və innovativ məktəbin müəllimi kimi bu müsabiqədə şagirdlərimizin yer almağını istədim. Çünki bu müsabiqədə uğur qazanma potensialı olan şagirdlərimiz var. Müsabiqəyə kompüter elmləri sahəsi üzrə hazırladığımız layihə ilə qatılıfıq. Müsabiqədən əvvəl STEAM yarışlarında iştirak etmişik. Amma bu il ilk dəfədir ki, müsabiqəyə şagirdlə birgə qatılırıq. Qalib olmaq hədəfimizdir”.

Nərmin Məmmədovanın elmi rəhbərliyi ilə layihə hazırlayan Rauf Gözəlov IX sinifdə təhsil alır. O deyir ki, uşaqlıqdan tədqiqatlara həvəs göstərib: “Kiçik yaşlarımdan nələrsə “kəşf” etməyə maraqlıyam. Hər zaman yeniliklər axtarışındayam. İdeyalarımın gerçəkləşdirilməsi ilə bağlı böyük arzularım var. Əvvələr də fənn müsabiqələrində, olimpiadalarda iştirak etmişəm, müxtəlif uğurlarım var”.

Məktəbli deyir ki, kompüterə marağı həddindən artıq çoxdur. Müəllimləri ona layihə haqqında məlumat verdikdə orada iştirak etməyə böyük həvəslə razılaşıb: “Müəllimimə özümün də ideyalarının olduğunu söylədim və nəhayət, müsabiqədə iştirak etmək arzum gerçəkləşdi. Müsabiqədə təhsil sahəsinə dair innovativ yanaşma təqdim edəcəyik”.

Qeyd edək ki, müsabiqənin əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət - riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt üzrə elmi tədqiqat işinə meyili olan istedadlı şagirdləri aşkar etməkdir.

1 /4

Şərhlər

Xəbər lenti

8 may, 23:54

Küçə mühitində olan uşaqlarla işin təşkili mövzusunda konfrans keçirilib

8 may, 22:13

MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb

8 may, 17:46

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

8 may, 17:33

Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

8 may, 17:01

Anar Xələfov: Bir çox hallarda evdə təhsil keyfiyyətli olmur

8 may, 16:45

Sağlamlıq imkanları məhdud uşaqlar üçün tədris fərdiləşdirilir

8 may, 16:38

Məktəblərdə xüsusi pedaqoqlar fəaliyyət göstərəcəklər

8 may, 16:30

Fikrət Qocanın 90 illiyi qeyd ediləcək

8 may, 16:30

Bir qrup mədəniyyət və elm xadiminə Prezidentin fərdi təqaüdü verilib

8 may, 16:26

Onlara Prezident mükafatları verildi – SƏRƏNCAM

8 may, 16:14

Lənkəran Dövlət Universitetində beynəlxalq elmi-praktiki konfrans keçirilib

8 may, 16:05

Nadinc şagirdlərin məktəbini dəyişdirmək həll yoludurmu?

8 may, 16:01

MDU-da Kembric Universitetinin standartlarına keçidlə bağlı əməkdaşlığa başlanılıb

8 may, 16:00

“Gələcəyimizə investisiya” proqramının açılış mərasimi keçirilib

8 may, 15:40

Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb

8 may, 15:40

Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib

8 may, 15:34

AzMİU-nun tələbəsi Avropa çempionatında gümüş medal qazandı

8 may, 15:01

Əcnəbi tələbələrin miqrasiya məsələlərinə dair görüş keçirilib

8 may, 14:28

Sertifikasiyaya hazırlaşan müəllimlər üçün metodika və pedaqogika mövzuları

8 may, 14:21

AHİK "Sən elə bir zirvəsən" tədbiri təşkil edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.