
Xocalıda kənd təsərrüfatı məktəbi, Şuşada isə turizm və incəsənət sahəsində təhsil ocaqlarının fəaliyyətə başlaması nəzərdə tutulub.
“Azərbaycan müəllimi” AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov Xankəndidə keçirilən “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumunun açılışında bildirib.
“Universitetimizdə tələbələrin keyfiyyətli ali təhsil almaları üçün əlverişli şərait yaradılıb. Biz “Yaşam boyu təhsil” layihəsi üzərində də işləyirik. İnanırıq ki, həm indiki tələbələrimiz, həm də gələcəkdə bizim ali təhsil ocağını seçəcək gənclərimiz Azərbaycanın inkişafına mühüm töhfələr verəcəklər. Bizim əsas məqsədimiz Azərbaycanın ictimai-siyasi, eləcə də elmi həyatına mühüm töhfələr verən gəncləri yetişdirməkdən ibarətdir”, – deyə Ş.Bayramov qeyd edib.
Qarabağ Universitetinin rektoru diqqətə çatdırıb ki, malik olduğumuz potensialdan istifadə etməklə beynəlxalq əlaqələrimizin daha da möhkəmləndirməsi mühüm əhəmiyyət daşıyır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər