Bütün xəbərlər
30 sentyabr, 13:24

Müharibənin ağır günlərində üstündə bayraq dalğalanan evlərdən biri də Tovuzda Natiq Hüseynovun qapısı oldu. O, şəhid Cavid Hüseynovun atasıdır.

Natiq Hüseynov anasız böyüdüb oğlunu. İllər keçib, oğlunu da hərbi xidmətə göndərib: “Beyləqandakı hərbi hissədə xidmət edirdi. Əsgərliyini çəkib qurtarmışdı, hətta əmri belə verilmişdi. Bir neçə günə gələcək deyirdik, hərbi xidmətdən tərxis əmrindən sonra iki aya yaxın uzandı evə qayıdışı… Sonra da belə... Müharibə başladı”.

Şəhid Cavid Hüseynov qısa həyatına qələbədən qələbəyə gedən idmançı ömrü sığışdırıb. Taekvando üzrə respublika çempionu idi: “18 yaşında gənclər arasında Azərbaycan çempionu olmuşdu. İdmandan əlavə kompüter oyunları ilə maraqlanırdı, kompüterdə müharibə oyunlarını çox sevirdi. Yaxşı at minirdi, komandirləri də tərifləyirdilər”. 

Hərbi xidmətdən evinə qayıda bilməyən gənc Cavid Hüseynovun şəhidlik xəbəri atasının həyatını dəyişdirib: 

“Cavid oktyabrın 31-də Xocavəndin Tuğ kəndində şəhid oldu. Minamyot mərmisi düşüb olduğu yerə. Səhər bacısı ilə danışıb, qızım deyir top səsləri gəlirdi. Oğlumun, bəlkə də, ürəyinə damıbmış, bacısına da ona görə zəng edib. Ondan sonra həyatıma əvvəlki kimi davam edə bilmədim”.

Əli hər şeydən soyuyan ata artıq bir yerdən başlamağa qərar verib və onun üçün çıxış yolu peşə təhsili olub: 

“Dedim təhsil alım, əlimdə sənədim olsun. Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin “Bitkiçilik mütəxəssisi” ixtisasını seçdim. İşsizəm, peşə təhsili alıb işləmək istəyirəm. Peşə təhsili bu yaşda ala biləcəyim ən yaxşı yoldur. Kənd təsərrüfatına da marağım var. Düşünürəm ki, bu təhsillə aldığım biliklə yaxşı iş tapa bilərəm, hətta öz təsərrüfatımı quraraq inkişaf etdirə bilərəm".

Cavidin xatirələrini yaşatmaq Hüseynovlar ailəsinin bu gün ən böyük amalına çevrilib. Şəhidin oğlunun xatirələri evin hər küncündə nəfəs alır. İndi Natiq Hüseynov peşə təhsili aldıqdan sonra oğlunun adını daim ucaldan işlər görmək istəyir. Çünki şəhid atası üçün bu yolda atılan hər addım həm Cavidin xatirəsinə ehtiram, həm də gələcək nəsillər üçün ümid işığıdır.

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.