Bütün xəbərlər
19 iyun, 16:27

İyunun 19-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin müəllimləri üçün növbəti sertifikasiya imtahanı keçirildi.  Şəki şəhər 20 nömrəli tam orta məktəbdə təşkil olunan imtahan prosesini izlədik. Bu gün 334 müəllim imtahan verdi. Ümumilikdə region üzrə 1175 müəllim bu prosesə cəlb olunub. Onlardan 306-sı təkrar sertifikasiyada iştirak edən müəllimlərdir.

Sertifikasiya prosesi Təhsil İnstitutu tərəfindən mərkəzləşdirilmiş qaydada təşkil olunub və şəffaflıq prinsipləri təmin edilib. İmtahandan sonra bir sıra yüksək bal toplayan müəllimlərlə həmsöhbət olduq. Onlar fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşdülər.

Qax rayon Şotavar kənd tam orta məktəbinin coğrafiya müəllimi, 8 illik təcrübəyə malik Sənan Yusifli imtahanda 56 bal toplayıb. O, nəticəsini belə dəyərləndirir: “Suallar aydın idi və rahatlıqla cavablandıra bildim. İmtahan prosesi çox şəffaf idi və heç bir narahatlıq olmadı. Məktəb metodikasını bilən hər kəs üçün bu imtahan rahat idi”.

Zaqatala rayon Humanitar fənlər gimnaziyasının coğrafiya müəllimi, 4 illik təcrübəyə malik Cavid Abdullayev bu mərhələdə 55 bal toplayaraq yüksək nəticə qazananlar sırasında yer alıb. “Sualların tərtibatı düzgün idi və prosesi şəffaf şəkildə keçirdik. Hər gün dərsdə tətbiq etdiyimiz metodların burada da bizə köməyi oldu”.

Şəki şəhəri Kiçik Dəhnə kənd 1 nömrəli tam orta məktəbin müəllimi İlqar Yusifzadə 57 bal toplayaraq, imtahanda təqdim olunan sualların məktəb tədris proqramı ilə uyğunluğundan razılığını ifadə etdi: “Suallar praktik və məzmunlu idi. İmtahan prosesi tam şəffaf təşkil olunmuşdu. Gündəlik dərsdə olan yanaşmalarla uyğunluq görmək sevindiricidir”

18 illik pedaqoji təcrübəsi olan Elşad Əliəkbərov Şəki şəhər 18 nömrəli  tam orta məktəbdə çalışır və bu imtahanda 58 bal toplamasının səbəbinə belə aydınlıq gətirdi: “Suallar həyat təcrübəmlə üst-üstə düşdü. İmtahanda hər şey nəzarət altında idi və rahat mühit yaradılmışdı. Təcrübə bu cür sınaqlarda özünü göstərir”

Balakən rayon Nəsimi adına 2 nömrəli tam orta məktəbin müəllimi Gülnarə Nooyeva bu imtahandan 55 bal yığdığını vurğuladı: “İmtahan tam şəffaf idi və sanki gündəlik dərs prosesi idi. Rahat şəkildə cavablandırdım”.

Sahilə Terçiyeva Balakən rayon Şambul kənd tam orta məktəbində coğrafiya fənnini tədris edir. 14 illik təcrübəyə malik müəllim bu mərhələdə 59 bal qazanaraq yüksək nəticə əldə edib. Sahilə Terçiyeva uğurunu belə şərh edir: “Son 20 gündə ciddi hazırlaşdım və bunun nəticəsini gördüm. Suallar real dərs mühitinə uyğun hazırlanmışdı”. 

Qax rayon Cəlayir kənd tam orta məktəbi  müəllimi, 17 illik pedaqoji təcrübəyə malik Nargilə Məmmədova isə 59 bal toplayaraq yüksək nəticə qazanmasının sevincini bizimlə bölüşdü: “Suallar aydın idi və imtahan prosesində heç bir narahatlıq yaşamadım. Hər şey şəffaf və rahat idi”.

Zaqatala rayonu Kəpənəkçi kənd tam orta məktəbin müəllimi Arzu Rzayeva bu imtahanda 58 bal qazanıb. O, sevincini bizimlə bölüşdü: “Suallar aktual mövzuları əhatə edirdi və imtahan tam şəffaf keçdi. Günlük dərs prosesində istifadə etdiyimiz bacarıqların burada dəyərləndirilməsi faydalı oldu.”

Könül Qarayeva Şəki rayon Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir. Onun bu mərhələdəki nəticəsi 59 bal olub: “İmtahan mühiti sakit idi və sulları diqqətlə cavablandırmaq üçün hər şərait yaradılmışdı. Gündəlik dərsə məsuliyyətlə yanaşan müəllim üçün bu proses çətin deyil”.

Şəki şəhəri 4 nömrəli tam orta məktəbin coğrafiya müəllimi 59 bal toplayan müəllimlər sırasındadır. Turanə Məmmədova qeyd etdi ki, test sualları aydın, dərsdə keçdikləri mövzulara uyğun idi: “İmtahan mühiti sakit idi, namizədlər üçün hər bir şərait yaradılmışdı. Düşünürəm ki, bu imtahanın sualları müəllimin gündəlik fəaliyyətinə uyğun hazırlanmışdı və çətinlik yaratmadı”.

Sertifikasiya imtahanları müəllimlərin bilik və bacarıqlarını, eyni zamanda pedaqoji fəaliyyətlərindəki praktiki hazırlıqlarını obyektiv şəkildə dəyərləndirmək məqsədi daşıyır. Təhsildə keyfiyyət, şübhəsiz, müəllimin keyfiyyəti ilə bağlıdır. Bu baxımdan belə sınaq və qiymətləndirmələr həm təhsil sisteminə dinamizm gətirir, həm də müəllimlərin özünüinkişafına ciddi stimul verir.

1 /4

Şərhlər

Xəbər lenti

17 avqust, 12:19

Ekspert: Müəllimlərdən əvvəl onları hazırlayan müəllimlər sertifikasiya olunmalıdır

16 avqust, 12:45

Qarabağ Universiteti “Enactus Azərbaycan” Milli Yarışının qalibi olub

16 avqust, 12:40

“Qafqazinfo” 15 yaşını qeyd edir

16 avqust, 12:28

BANM-in 34 məzunu Dövlət Proqramına qəbul olunub

16 avqust, 11:07

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir 

15 avqust, 23:17

Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 avqust, 18:59

ADNSU ilə Çin universitetləri arasında təhsil və elm sahəsində əməkdaşlıq müzakirə edilib

15 avqust, 18:16

Peşə təhsili üzrə boş qalan plan yerlərinə tələbə qəbulunun vaxtı açıqlandı 

15 avqust, 18:10

Peşə təhsili müəssisələrinə qəbul imtahanının nəticələri AÇIQLANDI 

15 avqust, 17:16

Yerdəyişmə imtahanla aparılan lisey və gimnaziyalara qəbul başlayır

15 avqust, 17:02

SDU ilə Bayburt Universiteti arasında əməkdaşlıq qurulur

15 avqust, 16:57

“Mərkəzi Asiya+ Akselerasiya” proqramı çərçivəsində “bootcamp” keçirilir

15 avqust, 16:40

Stenford araşdırması: Müəllimlər süni intellektə “tədris tərəfdaşı” kimi baxırlar

15 avqust, 16:21

Tələbələr sahibkara çevrilirlər – Qəbələdə başlayan layihə Bakıda davam edəcək

15 avqust, 15:36

Təhsilə ayrılan investisiya açıqlanıb

15 avqust, 14:54

Hansı universitetlər müəllimlik ixtisaslarına qəbulu dayandırdı? 

15 avqust, 14:50

Ən bahalı universitetlərimiz: illik təhsil haqqı nə qədərdir? – SİYAHI

15 avqust, 14:11

Ali məktəblərdə pedaqoji ixtisasların təhsil haqları nə qədər artıb? – ARAŞDIRMA

15 avqust, 14:02

Gəncədə beynəlxalq şahmat festivalı keçiriləcək

15 avqust, 13:35

Türkiyə III yerdə: 25 DP iştirakçısı təhsil üçün bu ölkəni seçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.