Bütün xəbərlər
19 iyun, 17:10

Dünəndən müəllimlərin sertifikatlaşdırılma imtahanlarına start verilib. Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə imtahan Salyan şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil olunub. 

“Azərbaycan müəllimi” imtahan mərkəzində prosesin gedişatını izləyib, bir neçə müəllimlə söhbət edib. 

Nicat Qarayev Biləsuvar rayonu Muğan kənd ümumi orta məktəbinin coğrafiya müəllimidir. Nicat müəllim imtahanla bağlı təəssüratlarını bizimlə bölüşdü: "İmtahanda 59 bal topladım. İmtahana ciddi hazırlaşmırdım. Amma çox vaxt sınaqlara baxırdım. İmtahan əla keçdi. Vaxtından 35 dəqiqə əvvəl imtahandan çıxdım. Suallar normal idi. Qarışıq sual yox idi. Müəllim sadəcə imtahan qabağı yox, daim öz üzərində işləməlidir. Sertifikasiya imtahanı ən azından hamıya müəllim olduğunu xatırladır, həmçinin maddi dəstəkdir".

İlkin Ağamalıyev imtahanda 56 bal toplayıb. O, Hacıqabul rayonu Muğan qəsəbə tam orta məktəbin coğrafiya müəllimidir. İlkin müəllim imtahana hazırlığı və imtahanın gedişi barədə fikirlərini bizimlə bölüşdü: "İmtahana bir il ərzində davamlı olaraq, gündəlik minimum 2-3 saat, orta məktəb dərsliklərindən və test vəsaitlərindən istifadə edərək hazırlaşmışam. Suallar asan, orta, çətin olaraq bölüşdürülmüşdü və orta məktəb proqramını əhatə edirdi. İmtahan prosesi çox şəffaf keçirildi, təşkilatçılıq yüksək səviyyədə idi. İmtahana əzmlə, yorulmadan hazırlaşmaq, bütün yeniliklərlə tanış olmaq lazımdır. Sertifikasiya imtahanı müəllimlərin öz üzərində çalışması üçün əhəmiyyətli bir prosesdir".

Nəzrin Quliyeva Şirvan şəhər 20 nömrəli tam orta ümumtəhsil məktəbinin ibtidai sinif müəllimidir və imtahanda 54 bal toplayıb. O, imtahanla bağlı təəssüratlarını bizimlə paylaşdı: "İmtahana hazırlıq mənim üçün ağır olub. Çünki bu il 4-cü sinif və məktəbəhazırlıq qrupu ilə məşğul olmaq kifayət qədər yorucu olub. Suallar orta səviyyədə idi. Ona görə də müəllimlər qorxmasın. İmtahan prosesi çox şəffaf və qaydasında keçdi".

Qeyd edək ki, sözügedən mərkəzdə dünən 83, bu gün isə 241 müəllim imtahan verib.

Şərhlər

Xəbər lenti

5 avqust, 09:47

Türkiyənin Tibb Elmləri Universitetinin Tibb fakültəsinə qəbul başlayıb

5 avqust, 09:29

14 yaşlı Avropa çempionu: Məqsədim dünya çempionu olmaqdır

4 avqust, 22:46

Bu universitetə yeni prorektor təyin olunub 

4 avqust, 21:39

Ucarda bağça müdiri fəaliyyətindəki nöqsanlara görə vəzifəsindən azad edilib

4 avqust, 21:08

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

4 avqust, 20:04

Nurlan İsmayılbəyli: “Faktiki yaşayış yeri” meyarı ucqar kəndlərdə keyfiyyətli kadr təminatına dəstək olacaq

4 avqust, 18:19

ARTİ riyaziyyat olimpiadası ilə bağlı məsələyə münasibət bildirdi

4 avqust, 18:07

Süni intellekt əsaslı neyron şəbəkə texnologiyalarının təhsil proseslərinə təsiri

4 avqust, 18:02

Fuad Qarayev: İki şagirdimizin ilk 100-lükdə yer alması sistemli yanaşmanın nəticəsidir – MÜSAHİBƏ 

4 avqust, 16:55

TKTA 3 peşə üzrə nəzəri imtahan keçirib

4 avqust, 16:43

Rezidenturaya qəbul imtahanı verəcək namizədlərin NƏZƏRİNƏ!

4 avqust, 15:51

20 məktəbdənkənar müəssisənin rəhbərinə intizam tənbehi verilib

4 avqust, 15:43

21 məktəb direktorunun əmək müqaviləsinə xitam verilib

4 avqust, 15:05

MDU-da əlavə təhsil almaq istəyənlər üçün müsahibə keçirilə bilər

4 avqust, 14:45

Samir Babayev: Avqustun sonunda tam heyətlə Qarabağa köçəcəyik

4 avqust, 14:41

ADNSU-nun 5 tələbəsi TİKA ilə əməkdaşlıq çərçivəsində Türkiyədə təlimlərdə iştirak edir

4 avqust, 14:31

İnklüziv təhsil meridianı 

4 avqust, 14:12

ADA Universitetinin məzunlarının məşğulluq göstəricisi 90 faiz olub

4 avqust, 13:56

Kosmik hava durumu və proqnozu açıqlanıb

4 avqust, 13:11

“Qarabağ Universitetinin Nizamnaməsi”ndə dəyişiklik edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.