Bütün xəbərlər
12 mart, 12:16

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) sertifikatlaşdırma prosesi ilə bağlı müəllimlərə dəstək məqsədilə növbəti görüş keçirilib.

Bu barədə idarədən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə BŞTİ-nin İnsan resursları sektorunun müdiri Aygün Bayramova, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Metodiki dəstək mərkəzinin şöbə müdiri Aynur Rüstəmova, Təhsil İşçilərinin sertifikatlaşdırılması şöbəsinin aparıcı mütəxəssisi Fəridə Həsənli, biologiya fənni üzrə mütəxəssis, Əməkdar müəllim Nüşabə Məmmədova, coğrafiya fənni üzrə mütəxəssis Vüsalə Quliyeva, fizika fənni üzrə mütəxəssis, Əməkdar müəllim Sona Hacılı, Binəqədi və Suraxanı rayonları üzrə kimya, biologiya, coğrafiya, informatika və fizika müəllimləri iştirak ediblər.

BŞTİ-nin sektor müdiri Aygün Bayramova təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsədin ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdən ibarət olduğunu bildirib. 

Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Metodiki dəstək mərkəzinin şöbə müdiri Aynur Rüstəmova təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin onların karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışıblar.

Biologiya fənni üzrə mütəxəssis N.Məmmədova, coğrafiya fənni üzrə mütəxəssis V.Quliyeva, fizika fənni üzrə mütəxəssis S.Hacılı sertifikatlaşdırma prosesi ilə bağlı fikirlərini bildirib, bu baxımdan təhsil işçilərinin üzərinə düşən vəzifələrdən söz açıblar.

Görüşdə sertifikatlaşdırma prosesi ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb, imtahanın təşkili qaydaları, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi barədə geniş məlumat verilib.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.

1 /9

Şərhlər

Xəbər lenti

30 may, 23:45

Uşaqların Beynəlxalq Müdafiəsi Günü çərçivəsində maraqlı təşəbbüs

30 may, 23:09

“Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinin olimpiada mərhələsi keçirilib

30 may, 21:58

6 nəfərin buraxılış imtahanı nəticəsi ləğv olunub

30 may, 21:51

Buraxılış imtahanında maksimal bal toplayanların sayı açıqlandı - SİYAHI 

30 may, 21:49

Buraxılış imtahanının nəticələri elan olunub

30 may, 18:20

UNEC-də III Xarici Dil Müəllimləri Forumu keçirilib

30 may, 17:48

ADNSU-da “Qazaxıstan – Azərbaycan: yeni üfüqlər” adlı konfrans keçirilib

30 may, 17:29

Beynəlxalq Təhsil İcmalı – May 2025

30 may, 17:07

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edib

30 may, 16:41

Magistraturaya qəbul imtahanında 3 nəfər ən yüksək nəticə göstərdi

30 may, 16:38

ADNSU 6 min manatdan yuxarı əməkhaqqı ilə tədqiqatçı-müəllim axtarır

30 may, 16:35

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

30 may, 16:27

ATU-da narkomaniya və dini radikalizmlə bağlı seminar keçirilib

30 may, 16:23

Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilib

30 may, 16:16

İyunun hava proqnozu açıqlanıb

30 may, 15:51

ADPU-da Rusiyanın Cənub Universitetinin rektoru ilə görüş keçirilib

30 may, 15:34

NDU-da ödənişsiz tibbi aksiyalara start verilib

30 may, 15:27

Mil-Muğanda 926 tələbə peşə təhsili alır

30 may, 15:17

ADA, Koç Universiteti və BANM rektorları arasında əməkdaşlıq görüşü keçirilib

30 may, 15:07

Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.