Naxçıvanda bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin sertifikatlaşdırma prosesinin test mərhələsində maksimum nəticə (60 bal) göstərən Babək rayon Arazkənd ümumi orta məktəbinin ingilis dili müəllimi Dünya Əliyeva prosesin müsahibə mərhələsində də ən yüksək nəticə göstərib.
Bu barədə “Azərbaycan müəllimi”nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib. Belə ki, 30 sentyabr- 1 oktyabr tarixlərində sertifikatlaşdırma prosesinin test mərhələsində uğur qazanan təhsilverənlər üçün keçirilən müsahibə mərhələsində müəllimlərin proqram əsasında mövzu təqdimetmə, qiymətləndirmə, özünü təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə qiymətləndirilməsi aparılıb. Dünya Əliyeva təqdim edilən meyarlar üzrə sualları tam cavablandıraraq maksimum 40 bal toplamaqla ümumi nəticəsini 100 bala çatdırıb.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)