Bütün xəbərlər
28 fevral, 17:45

Avropa Peşə Təhsili İnkişaf Mərkəzi tərəfindən "Süni intellekt inqilabında işçilərin bacarıqlarının gücləndirilməsi" adlı siyasət sənədi dərc edilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, sözügedən sənəd tərcümə edilərək Təhsil İnstitutunun Beynəlxalq Təhsil İcmalının fevral sayına da salınıb. 

Süni İntellekt (Sİ) sənayeləri əmək bazarlarını və bacarıq tələblərini yenidən formalaşdıran, çevriliş yaradan ümumi təyinatlı texnologiyadır. Buxar mühərriki və internet kimi tarixi texnoloji inkişaflarla müqayisədə Sİ iqtisadi sektorlarda əhəmiyyətli dəyişikliklərə səbəb olur. Bununla belə, iş yerlərinin təhlükəsizliyi, məşğulluq dəyişiklikləri və işçi qüvvəsinin bacarıqları üzərində Sİ-nin birbaşa təsiri ilə bağlı əhəmiyyətli bir informasiya boşluğu mövcuddur. 

Avropa Peşə Təhsili İnkişaf Mərkəzi “Süni intellekt bacarıqları” sorğusu (2024) bu boşluğu doldurmaq məqsədilə Sİ-nin mənimsənilmə səviyyəsini, işçi qüvvəsinin hazırlıq dərəcəsini və dəyişən bacarıq tələblərini araşdırır. Sorğu əsasında hazırlanmış bu hesabat süni intellekt dövründə Avropadakı işçilərin üzləşdiyi problemləri və imkanları vurğulayır.

Avropa Peşə Təhsili İnkişaf Mərkəzi Süni İntellekt Bacarıqları Sorğusu (2024) 11 Aİ üzv ölkədə aparılaraq süni intellektin mənimsənilməsi və bacarıq boşluqları üzrə əhatəli təhlil təqdim etmişdir. 

– Sorğunun əhatə dairəsi: Süni İntellekt istifadəsi, Sİ savadlılığı, işçi qüvvəsinə təsiri və gələcək bacarıq tələbləri

– Hədəf qrup: 16-64 yaş arası muzdlu və gəlirli işçilər

– Əhatə olunan ölkələr: Belçika, Çexiya, Almaniya, İrlandiya, Yunanıstan, İspaniya, Fransa, Lüksemburq, Polşa, Portuqaliya və Slovakiya

– Ümumi respondentlər: 5342 yetkin işçi

– Məlumat toplama: Təmsilçilik balansını təmin etmək üçün ehtimal nümunəsi metodu ilə onlayn sorğu

Sorğu iş yerlərində süni intellektdən istifadə dərəcəsini, iş yerlərinin təhlükəsizliyi üzərində təsirini və işçilərin süni intellektə uyğunlaşmağa hazırlıq səviyyəsini qiymətləndirmək məqsədilə aparılmışdır.

Süni intellektin işlər və bacarıqlar üzərində təsiri:

Hesabatdan aydın olur ki, süni intellekt təkrarlanan tapşırıqları avtomatlaşdıraraq və qabaqcıl rəqəmsal bacarıqlara olan tələbi artıraraq işlərin mahiyyətini dəyişdirir. 

Əsas nəticələr isə aşağıda əks olunmuşdur:

İşçilərin 28%-i iş yerlərində birbaşa və yaxud da həmkarlarının vasitəsilə süni intellektdən istifadə etdiyini bildirmişdir. 

– Hər 7 Avropa ölkəsində çalışan işçidən biri süni intellektdən istifadə edən rəqəmsal alətlərlə çalışır.

– Aİ ölkələri arasında süni intellektin mənimsənilmə səviyyəsi fərqlidir. Belə ki, Belçika, Almaniya, Fransa və Lüksemburq ən yüksək istifadə dərəcəsinə malik olsa da, Polşa, Yunanıstan və İspaniya isə geri qalır.

– Təkrarlanan işlərdə çalışan ortasəviyyəli bacarıqlara malik işçilər avtomatlaşdırma riski ilə daha çox üzləşirlər.

– Süni intellekt rəqəmsal uçurumu genişləndirir, regional bərabərsizliklər üzrə narahatlıqları artırır.

Süni intellekt kütləvi iş itkisinə səbəb olmur, lakin iş tapşırıqlarını əhəmiyyətli dərəcədə dəyişdirərək yeni bacarıq tələbləri yaradır.

Süni intellekt savadlılığı və artan bacarıq boşluğu:

Bundan əlavə, dərc olunan sənəddə süni intellekt savadlılığının işçi qüvvəsinə uyğunlaşma qabiliyyəti üçün vacib olduğu qeyd olunsa da, böyük boşluqların hələ də mövcudluğu vurğulanır.

– İşçilərin 42%-i süni intellekt ilə bağlı bacarıqlarını inkişaf etdirməli olduqlarını etiraf edir.

– Buna baxmayaraq, yalnız 15%-i son bir ildə süni intellekt ilə bağlı təlimlərdə iştirak edib.

– Yaşlı işçilər, qadın işçilər və qeyri-sabit məşğulluğu olanlar Sİ təlimlərinə daha az cəlb olunurlar.

– Sorğuda iştirak edən işçilərin 40-60%-i süni intellekt haqqında fundamental biliklərdən məhrumdur, o cümlədən süni intellektin necə işlədiyi və onun etik problemləri haqqında anlayışları yoxdur.

Ən böyük problem ondan ibarətdir ki, iş yerlərinin avtomatlaşdırılması riski yüksək olan işçilər süni intellekt üzrə bacarıqlarını inkişaf etdirmək imkanlarından ən az faydalanan qrupdur.

Süni intellektin iqtisadiyyata və məhsuldarlığa təsiri:

Hesabatdan süni intellektin məşğulluğa təsirinin mürəkkəb olduğu və risklərlə yanaşı, imkanlar da yaratdığı məlum olur.

– Sürətli süni intellekt mənimsənilməsi 2035-ci ilə qədər Aİ-də məşğulluğun 5% azalmasına səbəb ola bilər.

– 7.5 milyon işçi iş yerlərinin avtomatlaşdırılması riski ilə üzləşir. Bu riskə xüsusilə pərakəndə ticarət, istehsalat və inzibati xidmətlər sahələri daxildir. 

– Bununla belə, süni intellekt məhsuldarlığı artırır və tapşırıqların səmərəliliyini yaxşılaşdırır. Süni intellekt təhsili və təlimləri inkişaf etdirilərsə, texnologiya bacarıq bərabərsizliyini azalda bilər.

Süni intellektin iqtisadi və təhsil sahəsində əhəmiyyətli rol oynaması, əsasən, siyasətçilər və işəgötürənlərin süni intellekt savadlılığı və təhsil proqramlarını necə dəstəklədiklərindən asılı olacaq. Süni intellekt iş dünyasını və məhsuldarlığı yenidən formalaşdırır. Həmçinin məşğulluq, bacarıqlar və iqtisadi rəqabətqabiliyyəti üçün genişmiqyaslı nəticələr yaradır. Süni intellekt mənimsənilməsinin inklüziv, etik və işçilərin rifahını artıran bir proses olması üçün Avropa Peşə Təhsili İnkişaf Mərkəzi “Süni intellekt bacarıqları" sorğusu proaktiv siyasətlərin vacibliyini vurğulayır. 

Həmçinin hesabatda aşağıdakı təkliflər öz əksini tapıb:

– Böyüyən fərqlərin azaldılması üçün Sİ üzrə təlim və savadlılıq proqramları genişləndirilməlidir.

– İşçilərin süni intellektin üstünlüklərindən faydalana bilməsi üçün iş yerlərində etimad və şəffaflıq artırılmalıdır. 

– Süni intellekt ilə bağlı bacarıq inkişafına sərmayə qoymaq Avropanın rəqabətqabiliyyətini təmin edəcək əsas addımdır.

Təhsil, bacarıq inkişafı və etik tənzimləmələrə üstünlük verərək Avropa Sİ-nin tam potensialını həyata keçirə və işçi hüquqlarını və məşğulluq təhlükəsizliyini qoruya bilər.

Mənbə: Cedefop. (2025). Skills empower workers in the AI revolution: First findings from Cedefop’s AI skills survey. Publications Office of the European Union. 
https://www.cedefop.europa.eu/en/publications/9201

Şərhlər

Xəbər lenti

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:49

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

10 iyul, 12:01

Özəl bağçalarda qrantla təhsil alan uşaqların sayı 5000 nəfərə çatdırılacaq

10 iyul, 11:59

40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 iyul, 11:51

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

10 iyul, 11:44

Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 iyul, 11:39

“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 iyul, 11:17

1300-dən çox müəllim 2000 manat və daha artıq maaş alır

10 iyul, 11:13

Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

10 iyul, 11:12

Müəllimlərin ümumi dərs yükü artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.