Bütün xəbərlər
19 dekabr, 16:22

Bu gün Dövlət İmtahan Mərkəzində psixologiya elmləri üzrə fəlsəfə doktoru Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysovanın "Tapşırıq halqaları modeli: metodologiya və tətbiq imkanları" kitabının təqdimat mərasimi keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, tədbirdə Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri, millət vəkilləri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ümumtəhsil müəssisələrinin direktorları, görkəmli elm və təhsil işçiləri iştirak ediblər.

Təqdimatdan əvvəl qonaqlar Dövlət İmtahan Mərkəzinin elmi-metodiki nəşrlərinin nümayiş olunduğu sərgiyə baxış keçiriblər.

Tədbiri giriş sözü ilə açan Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə müəllifin müasir təlim və tədris prosesi ilə bağlı yeniliklərin təşəbbüsçüsü kimi çıxış etdiyini söyləyib. DİM sədri onun beynəlxalq standartlara uyğun müasir təhsil sisteminin qurulmasındakı mühüm rolundan, rəqabətədavamlı insan resurslarının yetişdirilməsinə verdiyi töhfəsindən danışıb.

Müəllif Zülfiyyə Veysova kitabının yazılma tarixi, məqsədləri haqqında geniş məlumat verib.

Müəllif və müzakirələrdə çıxış edən mütəxəssislər bu kitabı müəllim və metodistlərə, təlim standartları, kurikulum, tədris vəsaiti və dərslikləri yazan müəlliflərə, qiymətləndirmə üzrə təhsil ekspertlərinə kömək edə biləcək faydalı alət kimi qiymətləndiriblər. 

Digər çıxışçılar – görkəmli pedaqoqlar Ənvər Abbasov və Hikmət Əlizadə də kitabın əhəmiyyəti haqqında fikirlərini bildiriblər.

1 /4

Şərhlər

Xəbər lenti

2 sentyabr, 19:50

İkinci “Məktəbli könüllü” proqramına qeydiyyat başlayıb

2 sentyabr, 17:01

Fransa yeni tədris ilində müəllim çatışmazlığı ilə üzləşib

2 sentyabr, 17:00

Təhsil Tələbə Krediti Fondunda yardım masası fəaliyyətini davam etdirir

2 sentyabr, 16:45

Türkiyədə beynəlxalq fənn olimpiadalarına necə hazırlaşırlar? – Qalib şagirdlə SÖHBƏT

2 sentyabr, 15:50

Məktəblər işə qəbulda portfolio tələb edir – Polşada çalışan azərbaycanlı müəllim

2 sentyabr, 15:23

“Sinifdə şagirdlərlə arama sərt xətt çəkmirəm” – Gənc müəllimlə MÜSAHİBƏ

2 sentyabr, 15:08

Peşə Təhsil Mərkəzinin məhsulu şərab istehsalında istifadə edilə bilər

2 sentyabr, 15:01

Ukraynada məktəblərdə 12 illik təhsilə keçidlə bağlı pilot layihəyə başlanılıb

2 sentyabr, 14:47

Uşağın yanında olmaq vacibdir

2 sentyabr, 14:19

Reinteqrasiya tədbirləri nəticəsində 110 uşaq müəssisələrdən ailələrinə qaytarılıb

2 sentyabr, 14:08

UFAZ məzunu İsveç İnstitutunun prestijli təqaüdünü qazanıb

2 sentyabr, 14:04

Nazirliyin qrant müsabiqəsinin qalibləri layihələrindən danışdılar

2 sentyabr, 13:05

BSU-da fəlsəfə üzrə doktoranturaya qəbul imtahanı keçirilir

2 sentyabr, 11:11

Ali təhsildə inkişaf savadlı kollektivin formalaşmasından başlayır – AÇIQLAMA

2 sentyabr, 10:50

Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün imtahan keçiriləcək

2 sentyabr, 10:41

Nazirliyin strukturunda dəyişiklik edildi – Yeni təyinatlar

2 sentyabr, 10:03

Agentlik məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib

2 sentyabr, 09:48

Ali məktəb və kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır

2 sentyabr, 09:38

İlin ikinci Ay tutulması baş verəcək

2 sentyabr, 09:04

“Azərbaycan müəllimi” qəzeti 91 yaşını qeyd edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.